Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Bir rəqibi təkrar təkrar təhlil etmək çətindir

Valdas Dambrauskas: “Bir rəqibi təkrar təkrar təhlil etmək çətindir

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Sabah" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnaalistlərin suallarını cavablandırıb:

"Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun laroldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlaarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var.  Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir".

- Hesab 2:0 olandan sonra komandada arxayınlıq yarandı?

- Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Psixoloji və ya taktiki amillər ola bilər.

- Həm Premyer Liqada, həm də kubokda qalib olmağın planlarını qurursuz?

- Hazırda məndə belə hisslər yoxdur. Bütün fikrim futbolçuları bərpa edib növbəti oyuna hazırlaşmaqdır.

- Yarımfinalda rəqibin "Qarabağ" olması "Sabah"ın titul qazanmaq şanslarına necə təsir edir?

- Həqiqətən də indi bu barədə düşünmürəm. Hələ heç yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə keçiriləcək çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşək.

- Bayaq dediz ki, "dəli" hesab oldu. Məşqçilik karyeranızda belə hallar baş verib?

- Sözün açığı, tam xatırlamıram ki, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.

- Son iki oyunda 6 qol buraxmısız. Müdafiədəki problemlər sizi narahat etmir ki?

- Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır.

- "Qarabağ"la oyunlarınız gərgin keçir. Bundan sonrakı matçlarda da eyni halların baş verəcəyi azarkeşləri narahat edir. Siz necə düşünürsünüz?

- Keçmişdə olanlar keçmişdə qalmalıdır. "Qarabağ"la son oyunda baş verənlərə görə üzr istədik. Bizim rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə həmçinin. Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdır. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidir. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil. 

"Mingəçevir" son dəqiqədə sevindi - YENİLƏNİB “Neftçi”nin matçına ciddi maraq: 3000 bilet satılıb XVII turun təyinatları bəlli olub "Sumqayıt"ın rəhbərliyi araşdırılmalıdır, kluba ayrılan pul hara gedir? Vaqif Cavadov Belçika klubunda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Mart 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri