Icma.az
close
up
RU
“İki cəbhədə mübarizə aparmaq çətindir” Valdas Dambrauskas

“İki cəbhədə mübarizə aparmaq çətindir” Valdas Dambrauskas

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə səfərdə qolsuz bərabərliyə (0:0) imza atan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Mövsümün erkən mərhələsində, cəmi 6 oyundan sonra xal itkisi və ya qazancı haqqında danışmaq üçün tezdir. Qarşıda hələ 27 matçlıq böyük bir yol var. Çempionat boyunca itirilən xalların yerini doldurmaq üçün kifayət qədər vaxt olacaq. Bu gün liqanın iki iddialı komandası arasında gərgin və fiziki mübarizəyə söykənən matç izlədik. Zaman-zaman üstünlük tərəflər arasında tərəzi kimi dəyişirdi. Əslində mənim üçün gözlənilən hal idi. Çünki milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra futbolçular ritmi itirirlər. Bəzi oyunçularımız matçdan cəmi bir gün əvvəl komanda ilə birgə məşqə çıxmışdılar. İndi əsas məqsədimiz tez bir zamanda bərpa olunmaq, fiziki formamızı yenidən optimal səviyyəyə çatdırmaq və çərşənbə axşamı Çempionlar Liqasında “Slaviya”ya (Praqa) qarşı keçirəcəyimiz vacib görüşə hazırlaşmaqdır.

– Bu matçı avrokubok oyunu ərəfəsində bir növ sınaq saymaq olar? Həmçinin, çempionat matçının təxirə salınması üçün müraciət etmək imkanınız var idi. Niyə bundan istifadə etmədiniz?

– Təxirə salınma məsələsi tamamilə qeyri-realdır. Əgər belə etsək, gərək “Borussiya” (Dortmund) ilə oyundan öncə “Qəbələ” matçını, “Vikinq”lə qarşılaşmadan əvvəl “Qarabağ”la oyunu, “Barselona” matçından öncə isə digər çempionat görüşlərimizi təxirə salaq. Belə çıxır ki, gələn mövsümün oyunlarını da indidən tənzimləməliyik? Bu mümkün deyil və heç lazım da deyil. Kifayət qədər geniş və mübariz heyətimiz var, şans gözləyən futbolçularımız çoxdur. Təxirə salınmaya ehtiyac görmürəm. Sualın birinci hissəsinə gəlincə, bəli, hər bir matç komandanın inkişafı və növbəti addımı üçün bir hazırlıq xarakteri daşıyır.

– Bu cür gərgin və ağır oyundan sonra komandanı Çempionlar Liqası matçına psixoloji və fiziki olaraq hazırlamaq nə qədər çətin olacaq?

– Çətinliyindən asılı olmayaraq, bu mənim işimdir və öhdəsindən gəlməliyəm. Hər oyuna hazırlıq müəyyən mənada çətindir. Nəticə yaxşı olanda hər şey asan görünür, qələbə qazanılmayanda isə hazırlığın çətin keçdiyi deyilir. Bu, həyatın və bizim peşəmizin ayrılmaz hissəsidir. Mənim vəzifəm komandanı qarşıdakı sınaqlara ən yaxşı şəkildə hazırlamaqdır.

– Mövsümlərarası fasilədə yoxlama oyunu keçirməyən yeganə komanda siz oldunuz. Bu gün isə Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels kimi əsas heyət oyunçularının ehtiyatda qalmasına milli fasilə səbəb olmuşdu, yoxsa bu, rəqibin yorğunluğundan yararlanmaq üçün düşünülmüş taktiki gediş idi?

– Adətən milli fasilədən sonra ilk matçda 2-3 həftə ərzində mənimlə birgə məşq edən futbolçulara şans verməyə üstünlük verirəm. Çünki milli komandaların düşərgəsindən qayıdan oyunçuların zədəli və ya həddən artıq yorğun olmaq riski var. Mən yalnız nəzarət edə bildiyim amillərə güvənirəm. Sol cinah müdafiəçisi mövqeyində Puxaçdan başqa alternativimiz demək olar yox idi, o oynadı. Xaybullayev isə milli komandadan qayıtdıqdan sonra bizimlə 3 məşqə çıxmışdı və yaxşı formada idi. Digər tərəfdən, Umarali və Mikels matçdan cəmi bir gün əvvəl bir məşqdə iştirak etmişdilər. Əvəzində, Du Keyros 3 həftə boyunca fasiləsiz hazırlaşmışdı. Heyəti müəyyən edəndə əsas məntiq bundan ibarət idi.

– Keçən mövsüm avrokubok mübarizəsini daha erkən başa vurmuşdunuz. Bu mövsüm həm Çempionlar Liqasının əsas mərhələsində oynamaq, həm də daxili çempionatda iddianı davan etdirmək işinizi ikiqat ağırlaşdırmır?

– İki cəbhədə mübarizə aparmaq müəyyən çətinliklər yaradır. Lakin Çempionlar Liqasının liqa mərhələsində çıxış etmək bizim üçün böyük bir xəyaldır. Keçən sezon avrokuboklarla erkən vidalaşsaq da, çempionatın ilk 3 turunda artıq 5 xal itirmişdik. “İmişli”yə uduzmuş, “Neftçi” ilə heç-heçə etmişdik. Cari mövsümdə isə 6 turdan sonra cəmi 2 xal itirmişik və Çempionlar Liqasında mübarizə aparırıq. Ona görə də gileylənməyə haqqım yoxdur. Qrafik ağır ola bilər, amma əldə edilən nəticə həmin zəhmətə dəyər.

– Bu heç-heçədən sonra matçın qəhrəmanı kimi qapıçı Stas Pokatilovu göstərmək olar?

– Buna siz qərar verərsiniz.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Oktyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see384

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see326

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see314

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see253

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see248

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see245

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see242

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see227

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see223

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see217

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see215

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see211

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see209

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see209

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see202

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see200

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see200

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see194

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri