Icma.az
close
up
RU
Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var Valdas Dambrauskas

Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var Valdas Dambrauskas

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var" - Valdas Dambrauskas

"Bizim üçün çox çətin və ağır oyun alındı. Bu, gözlənilən idi, çünki "Qarabağ"a qarşı iki vacib və gərgin matç keçirmişdik. Həmin görüşlərdə çox enerji itirdiyimiz üçün bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynasaq da, ikinci hissədə daha çox qol fürsətlərimiz oldu". 

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 29-cu turunda "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Baş məşqçi azarkeşlər üçün baxımlı oyun alınmadığını vurğulayaraq vacib 3 xal qazandıqlarını diqqətə çatdırıb:

Fasilədən sonra meydana daha enerjili daxil olduq və qələbəni daha çox istəyən tərəf biz idik. Meydanda hər iki komanda 10 nəfərlə qalanda topa daha çox nəzarət etməyə çalışdıq. Rəqibin risk edəcəyini gözləsəm də, onlar buna getmədilər və yenə 5-4 sisteminə sadiq qalaraq hücumçusuz çıxış etdilər. Düzdür, azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı, lakin hər matçı eyni yüksək tempdə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq və yolumuza davam edirik. İndi qısa müddətdə bərpa olunub "Şamaxı" ilə oyuna köklənməliyik".

Mütəxəssis son vaxtlar az şans qazanan hücumçu Xəyal Əliyevin durumu və start heyətində yer almaması barədə sualı komandadakı güclü rəqabətlə izah edib:

"Komandada ciddi rəqabət var. Çox yaxşı heyətə və hücumda güclü oyunçulara sahibik. Əgər qələbə qazanırsansa, hücum xəttini dəyişmək çətin olur. Amma onu deyə bilərəm ki, Xəyal bu mövsüm bizə çox fayda verib. Xüsusilə də Mikelsin yoxluğunda çox inamlı çıxış etdi. O, əsas hücumçuya çevrilmək üçün öz üzərində daha çox işləməli və dayanmadan çalışmalıdır. Təbii ki, komandada digər güclü hücumçuların da olduğunu nəzərə alsaq, bu, asan deyil.

Xəyalı yaxşı başa düşürəm. Onun davranışı, işinə yanaşması və döyüşkənlik ruhu mənim çox xoşuma gəlir. Bəzən elə matçlar olur ki, bizə ikinci mərtəbədə, yəni başla yaxşı oynayan hücumçu lazım gəlir və o zaman məhz həmin xüsusiyyətlərə malik oyunçudan istifadə edirik. Bu, mənim qərarımdır və mən qərarımın arxasındayam. İnanıram ki, Xəyal öz üzərində çalışmağa davam etsə, gələcəkdə həmişə oynamaq imkanı əldə edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Aprel 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri