Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Ümumi hesabı öz xeyrimizə dəyişəcəyik”

Valdas Dambrauskas: “Ümumi hesabı öz xeyrimizə dəyişəcəyik”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk oyundakı 1:2 hesablı məğlubiyyətdən sonra keçiriləcək cavab qarşılaşması ilə bağlı bunları dedi:

– Danimarkada əldə edilən nəticə görüşün gərgin keçəcəyindən xəbər verir. Birtopluq fərq aradan qaldırılmayacaq göstərici deyil. Hər iki kollektiv matça ciddi yanaşacaq, lakin biz ev sahibiyik və doğma azarkeşlərimizin dəstəyi ilə mübarizə aparacağıq. İnanıram ki, ümumi hesabı öz xeyrimizə dəyişən tərəf olacağıq. Heyətdə itki yoxdur, hər kəs qarşılaşmaya hazırdır. Oyunçular, məşqçilər heyəti və rəhbərlik mərhələni adlamaq üçün var gücü ilə çalışacaq.

– İlk matçda rəqibi yaxşı təhlil etmişdiniz, lakin Ceyms Boker uzaqdan iki qolla fərqləndi. Həmin oyunçuya və ya bu cür zərbələrə qarşı xüsusi tədbir görəcəksiniz?

– “Orhus” sadəcə bir futbolçudan ibarət deyil, keyfiyyətli heyətə malikdir. Məğlubiyyətə baxmayaraq, çılğın azarkeşlər önündə yaxşı futbol sərgilədik, lakin nəticə bizi qane etmədi. Rəqib az epizod yaratsa da, bunlardan maksimum yararlanmağı bacaran kollektivdir. Son matçlardakı qol gözləntisi göstəriciləri də bunu təsdiqləyir. Təkcə Bokerə yox, rəqibin kollektiv oyununa nəzarət etməliyik. İlk qarşılaşmadakı xətaları aradan qaldırmaq vacibdir. Detalları daha dəqiq təhlil edib meydanda düzgün icra edən tərəf qalib gələcək.

– Bakıdakı hava şəraitinin və iqlim fərqinin “Sabah” üçün əlavə üstünlük olacağını demək olarmı?

– İqlim amili bir az şişirdilmiş faktordur. Rəqib peşəkar komandadır və havanın isti olması həlledici rol oynamayacaq. Səfər oyunlarında nəticəyə birbaşa təsir edə biləcək əsas məsələ güclü küləkdir. Sabah belə bir hava gözlənilmir, üstəlik stadionumuzun tavanı da bağlıdır. Ona görə də bunun xüsusi üstünlük yaradacağını düşünmürəm.

– Komanda hesabı açsa da, sonradan üstünlüyü qoruya bilmir. Bu problemin həlli üçün əsas variantınız nədir?

– Hücum xəttində fərqli bir şey hazırlamamışıq. Məni sevindirən məqam odur ki, kifayət qədər qol epizodları yarada bilirik. Məyusluq doğuran məqam imkanların olmaması olardı. Futbolda bəzən toplar qapıdan keçmir. İnanıram ki, azarkeşlərimizin dəstəyi və yaradacağımız atmosferlə sabah həmin epizodları qola çevirərək mərhələni adlayan tərəf olacağıq.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Avqust 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri