Icma.az
close
up
RU
Qarabağ ın təcrübəsi öz sözünü dedi Valdas Dambrauskas

Qarabağ ın təcrübəsi öz sözünü dedi Valdas Dambrauskas

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində "Sabah" və "Qarabağ" komandaları qarşılaşıb. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis 3:0 hesablı üstünlüyü əldən vermələrini təcrübə fərqi və konsentrasiya itkisi ilə əlaqələndirib:

"Oyunun belə bir hesabla bitəcəyini məşqçilər heyəti ilə öncədən təxmin etmişdik. Lakin təəssüf ki, 3:0 öndə olub bu üstünlüyü qoruya bilməmək. Burada "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Son 20 dəqiqədə onlar geri dönüş etməyi bacardılar. Əgər hesabda belə böyük fərqlə öndəsənsə, nəyin bahasına olursa-olsun qələbəni qorumalıydın. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geri dönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionat oyunlarımız Çempionlar Liqası matçlarından daha gərgin və maraqlı alınır. Bu gün meydanda hər şey vardı: intriqa, dram və yüksək temp".

V.Dambrauskas itirilən xallara görə məyusluğunu gizlətməyib:

"Oyundan qabaq soruşsaydınız, bir xal haqqında fərqli düşünərdim. Amma 3:0-dan sonra biz bir xal qazanmadıq, iki xal itirdik. Buna görə də güzgüyə baxanda məyusluq hiss edirik. Ona görə də "Qarabağ"ı gözəl geri dönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, gələcəkdə belə səhvləri təkrarlamayacağıq".

Baş məşqçi köməkçisinin "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynova qarşı etdiyi qeyri-etik hərəkətə də münasibət bildirib:

"Həmin an mən meydana kökləndiyim üçün hadisəni tam görmədim. Birdə gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. Amma biz artıq üzr istəmişik. "Sabah" klubu olaraq biz heç vaxt belə hərəkətlərə haqq qazandırmırıq. Bizim üçün hörmət və "feyr-pley" qaydaları hər şeydən üstündür".

Xəyal Əliyevin əvəzlənməsi və hakimlik barədə sualları cavablandıran mütəxəssis bunları qeyd edib:

"Xəyalın əvəzlənməsi məcburi idi, sağlamlığındakı problemə görə risk edə bilməzdik. Hakimlərə gəldikdə isə, hər kəs səhv edə bilər. Ümid edirəm ki, bu səhvlər qəsdən olmayıb. Mən öz oyunçularımın səhvlərinə cavabdehəm, hakimlərin qərarlarına isə Hakimlər Komitəsi qiymət verməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Mart 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri