Icma.az
close
up
RU
Valeri Çeçelaşvili: Vaşinqton sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Valeri Çeçelaşvili: Vaşinqton sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 8 avqust, AZƏRTAC

Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ və Azərbaycan prezidentləri, Ermənistanın Baş naziri arasında keçirilən görüş çox mühüm tarixi və siyasi hadisə idi. Bu sammit təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün çox mühüm idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, bu görüşün mühüm siyasi əhəmiyyəti orada mühüm Birgə Bəyannamənin imzalanmasından ibarətdir. Bununla da təkcə Azərbaycan ilə Ermənistan arasında deyil, bütövlükdə regionda gələcək sülh üçün möhkəm təməl yarandı. Bundan əlavə, xarici işlər nazirləri tərəfindən Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair saziş paraflandı. Bu, beynəlxalq sənədin paraflanmasının mümkün olan ən yüksək səviyyəsidir. Bu sənəd artıq ikitərəfli münasibətlərdə mühüm rol oynayıb. Çünki ötən bir il ərzində biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən yaxşılaşdığını, etimadın möhkəmləndiyini gördük. Bu proses həm ən yüksək səviyyədə – Prezidentlə Baş nazir arasında, həm də digər - baş nazirlərin müavinləri, xarici işlər nazirləri, parlament sədrləri və s. arasında müşahidə olunur.

Politoloq hesab edir ki, bu il ən azı ona görə tarixi hadisə olacaq ki, Ermənistanın xarici ticarət statistikasında yeni bir sətir yaranacaq.

“Bir il əvvəl baş verənləri nəzərə alaraq, mən perspektivləri çox ciddi və müsbət qiymətləndirirəm. Son bir ildə biz Ermənistan-Azərbaycan sərhədində heç bir insident barədə eşitməmişik. Bu isə onu göstərir ki, iki ölkə və iki cəmiyyət sülh şəraitində yaşamağa alışır və bir-birinə qarşı daha çox etimad formalaşdırır. Düşünürəm ki, bu, artıq paraflanmış sazişin imzalanması, diplomatik münasibətlərin qurulması üçün çox möhkəm əsasdır. Bundan sonra isə şübhəsiz ki, Ermənistanla Türkiyə arasında da diplomatik münasibətlərin qurulması prosesi baş verəcək. Bu isə yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Cənubi Qafqazda regional əməkdaşlıq üçün tamamilə yeni perspektivlər açacaq”- deyə, Çeçelaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri