Icma.az
close
up
RU
Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda yeni sülh erasının başlanğıcı

Vaşinqton Bəyannaməsi: Cənubi Qafqazda yeni sülh erasının başlanğıcı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Avqustun 8-də dünya siyasi gündəmini dəyişə biləcək mühüm bir hadisə baş verdi - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülhün bünövrəsini qoydu. Vaşinqtonda baş tutan bu görüş regionda onilliklərdir davam edən münaqişəyə dair yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bəyannamənin məzmunu təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün deyil, bütövlükdə regionda sabitliyin və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sülh sazişi rəsmi səviyyəyə yaxınlaşır
Ən diqqətçəkən məqam “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in artıq razılaşdırılmış mətninin paraflanması oldu. Bu addım sülh müqaviləsinin imzalanmasına aparan yolda ciddi bir mərhələni geridə qoyduğumuzu göstərir. Sazişin ratifikasiyası üçün əlavə tədbirlərin görüləcəyi də təsdiqlənib, bu da siyasi iradənin davamlılığını göstərir. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə ünvanlanan birgə müraciətlə Minsk Qrupunun ləğv olunması təşəbbüsü də bəyannamənin əlamətdar hissəsidir. Bu, 30 ildən artıq müddət ərzində nəticə verməmiş bir mexanizmin siyasi gündəmdən çıxarılması və yeni bir diplomatik mərhələyə keçid deməkdir. Artıq münaqişədən sonrakı dövrün reallıqları əsas götürülür. 
Bəyannamədə regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının zəruriliyi vurğulanır. Xüsusilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantı və Ermənistan üçün qarşılıqlı faydalı tranzit imkanlarının yaradılması razılaşdırılıb. Eyni zamanda, Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı yeni kommunikasiya layihəsinin ABŞ və digər tərəflərlə birgə həyata keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ABŞ-ın iqtisadi və geosiyasi maraqlarının bölgəyə daha sıx inteqrasiya olunmasına şərait yarada bilər.

Münaqişə yox, gələcəyə baxış
Bəyannamənin əsas ruhu - münaqişənin keçmişdə qalması və gələcəyə baxılması - diplomatik leksikondan kənara çıxaraq konkret siyasi ifadəyə çevrilib. Tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq olunmasının yolverilməzliyini birmənalı şəkildə qəbul edir. Bu, düşmənçiliyin rəsmən bitməsi anlamına gəlir və gələcəkdə hər hansı bir qisas cəhdinin istisna olunduğunu göstərir.
Bu görüş və razılaşmada ABŞ Prezidenti Donald Trampın vasitəçilik rolu, onun ev sahibliyi etməsi Vaşinqtonun Cənubi Qafqazda diplomatik nüfuzunun artdığının göstəricisidir. Tramp administrasiyası bu addımıyla həm regional sabitliyə töhfə verir, həm də ABŞ-ın Avrasiya geosiyasətində mövqeyini gücləndirir.
Vaşinqtonda imzalanan Birgə Bəyannamə kağız üzərində sadə diplomatik sənəd olmaqdan daha artıqdır. Bu sənəd Cənubi Qafqazın gələcək taleyinə yön verə biləcək Siyasi Yol Xəritəsidir. Əgər tərəflər iradə göstərməyə davam etsələr və beynəlxalq dəstək də davamlı olsa, bu bəyannamə regionda nəinki sülhün, həm də qarşılıqlı inkişafın start nöqtəsinə çevrilə bilər.

Siyasi ustadlıq və liderlik nüfuzu:
İlham Əliyevin diplomatik zəfəri
Vaşinqtonda keçirilən üçtərəfli zirvə görüşü zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharət, sadə və birbaşa deməliyik ki, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti özü də görüş zamanı dəfələrlə vurğuladı ki, İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Donald Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Əminliklə deyə bilərik ki, üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyənləşdirən ana xətt də məhz Prezident Əliyevin illərlə apardığı prinsipial, ardıcıl strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, üstəlik də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu. Bu, İlham Əliyevin beynəlxalq siyasi aləmdə qazandığı etimadın canlı sübutudur.  Bunu da qeyd etmək vacibdir ki, Vaşinqton görüşü təkcə Azərbaycanla Ermənistan arasında sülhə aparan yolun xəritəsi deyil, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin bariz göstəricisidir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri