Icma.az
close
up
RU
Valideyn vərdişləri uşaqları necə aqressiv edir? Psixoloqlar səhvləri açıqladı

Valideyn vərdişləri uşaqları necə aqressiv edir? Psixoloqlar səhvləri açıqladı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Valideynlər hər zaman mehriban və anlayışlı övlad böyütməyə çalışırlar. Lakin böyüklərin bəzi səhvləri uşaqlarda aqressiv və zorakı davranışın formalaşmasına səbəb ola bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ-ın HuffPost nəşri yazıb.
Klinik psixoloq Ember Torntonun sözlərinə görə, aqressiv davranış çox vaxt uşağın daxilindəki güvənsizlik hissindən qaynaqlanır.
"Adətən uşaqlar özlərini daha güclü hiss etmək və ya vəziyyətə nəzarət etdiklərini düşünmək üçün başqalarına qarşı zorakılıq edirlər. Bu, çox vaxt uşaqlar özlərini güvənsiz hiss etdikdə və ya özlərinə şübhə etdikdə baş verir", deyə Tornton bildirib.
Ekspert vurğulayıb ki, uşaq ailə daxilində davamlı şəkildə dəyərsizləşdirildiyini və ya alçaldıldığını hiss etdikdə aqressiv davranış riski artır. Buraya yalnız sərt cəzalar və qışqırıqlar deyil, həm də ilk baxışda əhəmiyyətsiz görünən davranışlar – istehzalı zarafatlar, uşağın hisslərinin ələ salınması və ya emosiyalarının davamlı şəkildə görməzdən gəlinməsi daxildir.
"Bütün bunlar uşaqlarda gücsüz, görünməz və dəyərsiz olduqları hissini yaradır. Nəticədə onlar bu hissi başqa yollarla kompensasiya etməyə çalışırlar və çox vaxt bu, digər insanlara qarşı zorakılıq formasında ortaya çıxır", deyə psixoloq izah edib.
Tornton qeyd edib ki, valideynlər bunu çox vaxt yorğunluq və emosional tükənmişlik səbəbindən fərqinə varmadan edirlər. Onun sözlərinə görə, uşağa kifayət qədər vaxt ayırmamaq və böyüklərin öz emosiyalarını idarə edə bilməməsi də uşağın davranışına mənfi təsir göstərə bilər.
Bənzər fikri psixi sağlamlıq üzrə məsləhətçi Anita Pauell də səsləndirib. O bildirib ki, uşaqlar gündəlik olaraq evdə gördükləri davranış modellərini təqlid edirlər. Əgər ailədə qışqırmaq, alçaltmaq, sərt münasibət göstərmək və ya başqalarının hisslərinə laqeyd yanaşmaq adi haldırsa, uşaq bunu normal ünsiyyət forması kimi qəbul etməyə başlayır.
Pauellin sözlərinə görə, ailə daxilindəki münaqişələrdən sonra "bərpaedici söhbətlər"in aparılması xüsusilə vacibdir. Bu zaman valideynlər uşağa hansı davranışın niyə yanlış olduğunu və alternativ olaraq necə davranmalı olduğunu izah etməlidirlər.
"Uşaqlar sağlam özünüifadənin necə göründüyünü və qeyri-sağlam davranışın nə olduğunu aydın şəkildə başa düşməlidirlər. Eyni zamanda onlar bilməlidirlər ki, mühakimə olunmadan hisslərini ifadə edə biləcəkləri təhlükəsiz mühitə sahibdirlər", deyə ekspert vurğulayıb.
Mütəxəssislər qeyd edirlər ki, valideynlər uşaqda zorakılıq əlamətləri müşahidə etdikdə dərhal yalnız cəza ilə reaksiya verməməlidirlər. Tornton əvvəlcə uşağın davranışının səbəblərini anlamağa və onunla aqressiyasız şəkildə danışmağa çalışmağı tövsiyə edir.
Psixoloqun fikrincə, özünü eşidilmiş hiss edən və emosiyaları barədə təhlükəsiz şəkildə danışmaq imkanı olan uşaqların aqressiv davranış sərgiləməsi daha az ehtimal olunur.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri