Icma.az
close
up
RU
Valideynin ölkəni tərk etməsi, övladı ilə görüşməməsi, onu aliment öhdəliklərindən azad etmir Ramil Süleymanov

Valideynin ölkəni tərk etməsi, övladı ilə görüşməməsi, onu aliment öhdəliklərindən azad etmir Ramil Süleymanov

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il alimenti ödəməyən 2298 nəfər şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb.

2025 -ci ilin birinci rübündə alimenti ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Gununsesi.info-ya bildirib ki, məhkəmə qətnaməsi qanunu qüvvəsini aldıqdan sonra, icra məmuru tərəfindən uşağın saxlanılması ilə bağlı alimentin ödənilməsi mütəmadi olaraq yoxlanılır.

Ramil Süleymanov qeyd edib ki, uşaq kimin himayəsindədirsə, tələbkar valideyn aliment ödəməyən şəxslə bağlı icra məmuruna ərizə ilə müraciət edir:

“Müəyyən bir yığılmış aliment borcunu borclu valideyn ödəmir. Uşağın mənafeyi baxımından icra məmuru mütləq şəkildə alimentin ödənilməsi ilə bağlı şəxsi məcbur edən tədbirlər həyata keçirməlidir. Burda tədbirlərdən biri şəxsin gəlirləri barədə sorğuların verilməsi və cavab alınmasıdır. Şəxsin hər hansı bir əmlakının olub-olmaması ilə bağlı məsələdir, həmçinin şəxsin bank hesablarının mövcudluğu və həmin bank hesablarında əmanətlərin mövcudluğu barədə sorğuların alınmasıdır. O cümlədən ümumiyyətlə belə əmlakları olmayan şəxslərlə bağlı isə şəxslər icra məmurunun çağırışına gəlmədikdə, hər hansı bir gəlirləri olmadıqda, eyni zamanda həmin şəxsin məhkəmə qətnaməsini icra etməklə bağlı hər hansı bir hərəkətliliyi olmadıqda və bu məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırdığı hallar olduqda mütləq qaydada icra məmuru tərəfindən təqdimat məhkəməyə təqdim olunur. Məhkəmə isə həmin şəxsə ölkədən çıxışına qadağa qoyur”.

Hüquqşünas qeyd edir ki, ölkədən çıxışa qadağa qoyulması icra tədbirlərindən biridir:

“Şəxsin ölkənin tərk eləməsi, valideynin övladı ilə görüşməməsi, onu aliment öhdəliklərindən azad etmir. Üstündən 1 il, 3 il, yaxud 5 il də keçsə, onun aliment borcu yığılmaqda davam edir. Şəxs nə vaxtsa ölkəyə geri qayıtdıqda dərhal  barəsində axtarışdan dolayı ölkə sərhədində saxlanılır. Onun qeydiyyatda olduğu ərazi üzrə polis idarəsinə, polis idarəsi tərəfindən icra məmuruna təqdim olunur. İcra məmuru da həmin şəxs barəsində inzibati və ya cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq təqdimatla məhkəmədə çıxış edir və şəxs barəsində inzibati və cinayət məsuliyyəti müəyyən edilən cəza tədbirləri və ya tənbeh tədbirləri həyata keçirilir”.

Ramil Süleymanov vurğulayıb ki, uşağına xərclənən pulu şəxsin özü ödəmək üçün təşəbbüs göstərməlidir:

“Ödədilmədiyi təqdirdə məhkəmə qətnamələri, məhkəmə qərarları dövlətin adından çıxarılır. Dövlətin adından çıxarılan qərarlar məcburi qüvvəyə malik olduğu üçün icra məmurları tərəfindən də icra olunur”.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri