Icma.az
close
up
RU
Valideynlər arasında davadalaş uşaqların sağlamlığına necə təsir edir?

Valideynlər arasında davadalaş uşaqların sağlamlığına necə təsir edir?

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşağın salamatlığı - onun ruhi sağlamlığından başlamış təhsil uğurları və gələcəkdə insanlarla münasibətlər qurmasına qədər bütün məsələlər valideynlərin bir-biri ilə necə rəftar etməsindən asılıdır.

AZƏRTAC bildirir ki, evdə baş verən hadisələr həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzunmüddətli təsir göstərir. Uşaq ilə valideyn arasında qarşılıqlı münasibətlərlə yanaşı, valideynlərin bir-biri ilə necə rəftar etməsi də uşağın salamatlığında mühüm rol oynayır və onun həyatının bütün sahələrinə təsir göstərə bilər.

Böyük Britaniyada və digər ölkələrdə uşaqların ailədə və yaşa dolduğu dövrdə davranışının uzunmüddətli müşahidələrinə əsaslanan araşdırmalar nəticəsində məlum olub ki, uşaq hələ altı aylığında ikən evdə yaranmış münaqişəli vəziyyətin təsiri altında onun ürəyi sürətlə döyünməyə başlayır, kortizol adlanan stress hormonu əmələ gəlir.

Müxtəlif yaşlı uşaqlarda baş beyinin inkişafında pozuntu əlamətləri, yuxu pozğunluğu, narahatlıq, depressiya, onların davranışında digər ciddi problemlər yarana bilər. Bütün bunlar dərin və ya xroniki ailə münaqişəsi şəraitində uşağın çəkdiyi iztirablardan irəli gəlir.

Valideynlər arasında vaxtaşırı yaranan, lakin nisbətən kəskin olmayan münaqişə şəraitində yaşayan uşaqlarda da buna oxşar problemlər müşahidə olunur. Valideynləri mübahisəli məsələlər barəsində öz aralarında razılığa gələ bilən və belə məsələləri dinc yolla həll edən ailələrin uşaqlarında isə bu cür hallar az-az olur və ya ümumiyyətlə olmur.

Ailədə dava-dalaş uşaqlara müxtəlif şəkildə təsir göstərir. Məsələn, əvvəllər belə hesab edilirdi ki, valideynlərin boşanması və ya bir-birindən ayrı yaşamağı qərara alması uşaqların əksəriyyətinə çox mənfi təsir göstərir. İndi isə psixoloqlar hesab edirlər ki, bəzi hallarda boşanmadan əvvəl, boşanma dövründə və bundan sonrakı vaxtda valideynlər arasında yaranan dava-dalaşlar uşaqlara onların valideynlərinin bilavasitə ayrılmasından daha ciddi ziyan vurur.

Bundan əlavə, əvvəllər hesab edilirdi ki, uşağın ailədaxili münaqişəyə reaksiyasında irsiyyət amili mühüm rol oynayır. Bu da həqiqətdir. Uşağın psixi sağlamlığında təbii amil mühüm rol oynayır. Narahatlıq, depressiya və psixoz kimi cavab reaksiyalarının yaranmasında irsiyyət mühüm rol oynayır. Lakin ailədə şərait və tərbiyə də böyük əhəmiyyət kəsb edir. Uşaq psixoloqlarının çoxunun fikrincə, ailədə vəziyyətdən asılı olaraq psixi xəstəliklərə anadangəlmə meyillilik getdikcə dərinləşə və ya əksinə yüngülləşə bilər. Burada da valideynlərin birlikdə yoxsa ayrı yaşamalarından, həmçinin uşaqlarla qan qohumluğu telləri ilə bağlılığından asılı olmayaraq onların münasibətlərinin keyfiyyəti mühüm rol oynayır.

Neqativ təsir körpənin yuxusunun və əqli inkişafının pozulması, kiçik yaşlı məktəblilərdə narahatlıq və davranış problemləri, depressiya, təhsillə bağlı çətinliklər və digər ciddi pozuntular, məsələn böyük yaşlı məktəblilərin və yeniyetmələrin özlərinə xəsarət yetirməsi şəklində təzahür edə bilər.

Uşağın uzunmüddətli normal inkişafını təmin etmək üçün yaxın qohumlardan, bacı və qardaşlardan, dostlardan və digər yaşlı insanlardan, məsələn müəllimlərdən dəstək almaq çox vacibdir. Ailədə baş verən hadisələr bu münasibətlərin yaxşılaşmasına və ya əksinə pisləşməsinə ciddi təsir göstərə bilər.

Təbii ki, valideynlərin mübahisələrinin uşaqlara necə təsir göstərə bilməsi məsələsi onları narahat etməlidir. Mübahisə normal haldır və valideynlər fikir ayrılıqlarının səbəbini izah edəndə uşaqların buna münasibəti çox yaxşı olur. Əslində valideynlər "söz atışması"nı dinc yolla həll edəndə uşaqlar mühüm ibrət dərsi ala bilərlər. Bu "dərslər" sayəsində uşaqlar ailədən kənarda da öz emosiyalarını və münasibətlərini daha yaxşı idarə etməyi öyrənə bilərlər.

Bu material Bi-Bi-Si kanalının sifarişi əsasında Sasseks Universiteti yanında Endrü və Virciniya Radd adına övladlığa götürmə elmi-tədqiqat və praktiki mərkəzin aparıcı psixoloqu və direktoru professor Qordon Haroldun iştirakı ilə hazırlanıb. Qordon Haroldun bu problem üzrə apardığı kompleks təhlilin nəticələri bu yaxınlarda uşaq psixologiyası və psixiatriya məsələlərinə aid "The Journal of Child Psychology and Psychiatry" jurnalında dərc edilib.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri