Icma.az
close
up
RU
Valideynlər buna diqqət etməlidir: Uşaqlarınızla bağlı ciddi təhlükə var

Valideynlər buna diqqət etməlidir: Uşaqlarınızla bağlı ciddi təhlükə var

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Bu dönəmdə isə valideynlərin əsas diqqət yetirməli olduğu mövzulardan biri uşaqlarına uyğun düzgün məktəbli çantasını seçməkdir. Məktəb çantalarının çəkisi uşaqların fiziki inkişafı və onurğa sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Hər il məktəbli valideynləri və mütəxəssislər bu mövzu ətrafında müzakirələr aparır, çünki şagirdlərin daşıdığı ağır çantalar qamət pozğunluqları və digər sağlamlıq problemlərinə yol aça bilər. Bəs məktəb çantaları necə seçilməlidir? Hansı qaydalara əməl olunmalıdır ki, uşaqların sağlamlığında problemlər yaranmasın? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən pediatr Qoşqar İsmayılov bildirib ki, məktəb yaşlı uşaqlarda çanta seçimi onların yaş göstəriciləri, boy uzunluğu və bədən çəkisi nəzərə alınmaqla aparılmalıdır: "Tədqiqatlara əsasən şagirdlərin daşıdıqları çantanın çəkisi bədən kütləsinin 10–15%-ni keçməməlidir. Bu baxımdan çantanın optimal çəkisi orta hesabla 3–6 kq arasında dəyişməlidir. Məsələn, bədən çəkisi 30 kq olan bir şagird üçün çantanın tövsiyə edilən ağırlığı 3–3,5 kq təşkil etməlidir.

Çantanın düzgün yığılması da onurğa sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Ağırlığı daha çox olan kitab və ləvazimatların çantanın arxa hissəsinə, nisbətən yüngül olanların isə ön hissəsinə yerləşdirilməsi yükün simmetrik paylanmasına şərait yaradır. Bu üsul onurğa sütununun balansını qoruyaraq statik yüklənməni azaldır".

Pediatr xüsusilə vurğulayıb ki, çantanın həddindən artıq ağır olması və düzgün daşınmaması nəticəsində uşaqlarda müxtəlif dayaq-hərəkət sistemi patologiyaları inkişaf edə bilər: "Buraya kifoz, skolioz və digər postural pozuntular daxildir. Bundan əlavə, birtərəfli çantaların uzunmüddətli istifadəsi boyun nahiyəsində damarların sıxılmasına səbəb olaraq serebral qan dövranını zəiflədir. Bu isə baş ağrıları, yorğunluq və diqqət pozğunluğu ilə nəticələnə bilər".

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Avqust 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri