Icma.az
close
up
RU
“Valideynlər uşaqları həm idmana, həm də elmə yönlənirməlidirlər”

“Valideynlər uşaqları həm idmana, həm də elmə yönlənirməlidirlər”

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyinin fiziki tərbiyə müəllimi Fərhad Quliyev oldu.

O, əvvəlcə məktəblərdə fiziki tərbiyə dərslərinin keyfiyyətindən danışıb: "23 ildir ki, fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyətini yüksək qiymətləndirirəm. Fiziki tərbiyə dərsləri çox yüksək səviyyədə keçirilir. Uşaqlar dərslərə həvəs və maraqla qatılırlar. Bu da onu göstərir ki, fiziki tərbiyə dərsləri uşaqlar tərəfindən çox sevilir. Demək olar ki, hər sinifdə həftədə 2 saat fiziki tərbiyə dərsləri tədris olunur. Məncə, dərs saatları çox olsa, uşaqlar daha da maraqla iştirak edərlər. Hətta deyərdim ki, uşaqlar başqa dərslərə geciksələr də, fiziki tərbiyə dərslərinə heç vaxt gec gəlmirlər. Tənəffüs zəngi vurulan kimi digər dərsdən çıxıb dərhal fiziki tərbiyə dərsinə gəlirlər".

F.Quliyev bildirib ki, dərslərin keyfiyyəti müəllimin bilik və bacarıqlarından asılıdır: "Burada müəllimlərin hazırlıq səviyyəsi də önəmlidir. Hər bir müəllimin öz yanaşması var. Əlbətə ki, müəllim dərsə əvvəlcədən hazırlaşmalıdır. Fiziki tərbiyə müəllimləri yüksək idarəçilik qabiliyyətinə malik olmalıdırlar. Əgər hansısa fiziki tərbiyə müəllimində idarəçilik qabiliyyəti yoxdursa, dərsin keyfiyyətindən danışmağa dəyməz. Çünki fiziki tərbiyə dərsləri idman zallarında və çöl şəraitində aparılır. Ola bilər ki, uşaqlardan biri topla oynasın, digəri turnikdən sallansın və s. Bir qayda olmalıdır ki, uşaqlar müəllimin icazəsi və göstərişi olmadan alətlərə yaxınlaşmasınlar. Hər bir dərsin əvvəlində müəllimlər uşaqlara təhlükəsizlik qaydalarını çatdırmalıdırlar. Fiziki tərbiyə müəllimi hansısa dərs mövzusuna hazırlıqsızdırsa, uğura nail ola bilməz. Uşaqlarda elə bir maraq oyatmalıyıq ki, zövq alsınlar, yorulmasınlar, növbəti fiziki tərbiyə dərsinə dərsə can atsınlar".

O, məktəblərin idman zallarının və meydançalarının durumundan da söz açıb: "Təbii ki, orta məktəblərin hər birində fiziki tərbiyə dərslərinin keçirilməsi üçün şərait var. Ola bilər ki, birində yaxşıdır, digərində bir az zəif. Ancaq demək olar ki, məktəblərdə bütün ləvazimatlar mövcuddur. Sadəcə onları düzgün istifadə etmək lazımdır. Müəllimlər məktəbin şəraitinə uyğun proqram tərtib edə və məqsədinə nail ola bilər. Məncə, məktəblərdə zalların və meydançaların durumu qənaətbəxşdir".

Həmsöhbətimiz uşaqları idmana cəlb etməyin yollarından da bəhs edib: "Uşaqlar fiziki tərbiyə dərslərinə əylənmək üçün gəlirlər. Digər dərslərdə yorğunluq, stress yaşayırlarsa, fiziki tərbyə dərslərində o stressi, yorğunluğu atırlar. Uşaqları idmana cəlb etməyin yollarından biri də elə onların maraq dairəsini nəzərə alıb əyləncəli proqram qurmaq ola bilər. Dövlətimiz tərəfindən də şagirdlərin idmana marağını artırmaq üçün işlər görülür. Milli Olimpiya Komitəsi xeyli müəllimi təlimlərə cəlb etdi. Məktəblərdə Olimpiya Dəyərlərinin Tədrisi Proqramında mən də iştirak etdim. Daha sonra isə həmin proqramı təlimçi kimi müəllimlərə tədris etdim. Burada əyləndirici işlərin daha çox görülməsi haqda danışıldı. Mən şəxsən çalışıram uşaqlara elə oyunlar verim ki, onları idmana xüsusi şəkildə bağlayım. Məncə, bu cür proqramlar geniş yayılacaq və daha çox müəllimi əhatə edəcək. Fiziki tərbiyə dərslərində uşaqların heç biri kənarda qalmamalıdır. Fiziki baxımdan məhdudiyyətli uşaqları elə bir işə cəlb edirəm ki, onlar üçün maraqlı olsun".

F.Quliyev şagirdlərin tez-tez müxtəlif yarışlarda iştirak etdiklərini deyib: "Şagirdlər məktəbdaxili və rayon yarışlarında iştirak edirlər. Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunan turnirlərə də qatılıblar. Bu yarışlara basketbol, voleybol, minifutbol, futbol, tennis, badminton, şahmat, qaçış, velosiped, həndbol və s. daxildir. Şagirdlər turnirlərin hər birində həvəslə iştirak edirlər. Həmçinin 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışlar var ki, 1 həftə ərzində uşaqlar müxtəlif növlər üzrə qüvvələrini sınayırlar. Şagirdlər bütün idman növlərinə maraq göstərirlər. Sadəcə, həmin idman növlərini uşaqlara təqdim etmək bacarığından çox şey asılıdır. Təbii ki, istedadlı şagirdlərimiz də çoxdur. Oğlanlar daha çox futbolu sevirlər. Qızlar isə basketbol və voleybolla maraqlanırlar".

Dövlətimizin idmana xüsusi qayğı göstərdiyini vurğulayan F.Quliyev uşaqların idmanla məşğul olması yolunda bəzən meydana çıxan problemlərdən də söz açıb: "Dövlətimiz idmana böyük vəsait ayırır və diqqət göstərir. Bölgələrdə idman komplekslərinin tikilməsi, idman sahəsində böyük uğurların qazanılması da bunun sübutudur. Uşaqların və yeniyetmələrin marağını daha da artırmaq isə fiziki tərbiyə dərslərindən asılıdır. Burada valideynlərin də öz rolu var. Bəzən valideynlər uşaqlarının idmanla məşğul olmağına qarşı çıxır. İstəyirlər ki, uşaqlar universitetə daxil olsunlar, elmlə məşğul olsunlar. Lakin valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır. Valideynlər mütləq uşaqları həm idmana, həm də elmə yönlənirməlidirlər. Çünki fiziki baxımdan sağlam olmayan uşaq elmdən də geri qalır.  Biz valideyn iclaslarında onları mütləq təlimatlandırırıq. Uşaqlara günlük rejim yaradırıq. Onlardan fiziki hazırlığa hər gün ən az 30 dəqiqə vaxt ayırmağı istəyirik".

O, şagirdləri pis vərdişlərdən uzaq tutmaq üçün daha çox təbliğat aparmağın lazım olduğunu deyib: "Əvvəlcə uşaqlara pis vərdişlər haqqında məlumat vermək, onlardan necə uzaq durmağın yollarını izah etmək lazımdır. Pis vərdişləri tənqid etdikdən sonra idmanın insan orqanizminə müsbət təsirlərini aşılamaq lazımdır. Birgə layihələr həyata keçirilməlidir. Mütəmadi olaraq siniflərdə söhbətlər aparılmalıdır. Uşaqlar mütləq bilməlidirlər ki, idman insan orqanizminə necə fayda verir. Mən hər dərsdə qeyd edirəm ki, hər bir şəxs əsgər rolunu oynayır. Uşaqlar həm güclü, həm çevik, həm də dözümlü yetişməlidirlər. Belə olanda uşaqlarda idman etməyə həvəs çoxalır. Məncə, idmanı kütləviləşdirmək uşaqların pis vərdişlərdən uzaq durmağına səbəb olar. Evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqların asudə vaxtlarının səmərəli şəkildə bölünməsinə şərait yaratmalıdırlar. Şagirdlər pis vərdişlərə qurşanmağa heç vaxt da tapmamalıdırlar".

F.Quliyev sonda qızlarının idmanla məşğul olmağına icazə verməyən valideynlərə də səslənib: "Təbii ki, idmanla məşğul olmaq hər bir şəxs üçün vacibdir. İstər qızlar, istərsə də oğlanlar üçün. İnsan yaşlananda və həkimə gedəndə həkim ona yürüş, idman etməyi məsləhət görür. Bu vaxt isə biz müəyyən şeylərə gecikmiş oluruq. Vaxtında idman etsək, orqanizm üçün daha faydalı olar. Qızların idmanla məşğul olmağını daha vacib hesab edirəm. Mən elə fiziki tərbiyə müəllimləri və ya elə qız idmançılar tanıyıram ki, vaxtilə valideynlərindən gizli şəkildə idmana yönəliblər. Valideynlər məsələyə düzgün yanaşmalıdır. Əgər uşaqda istedad varsa, onu idmandan məhrum etmək nə dərəcədə doğru olar?! Valideynlərlə söhbət etdikdə fikirlərindən daşınırlar. Buradan valideynlərə səslənirəm ki, qızlarınızın istedadı, həvəsi varsa, onları çəkindirməyin. Çünki onlar böyük uğurlar qazana bilirlər. Qızlarımızın Olimpiya Oyunlarında Azərbaycan bayrağını qaldırması böyük şərəf və qürurdur”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Yanvar 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri