Icma.az
close
up
RU
Valideynlər azadlıq adı altında uşaqları həm real həyatda, həm də virtual mühitdə tam nəzarətsiz buraxırlar AÇIQLAMA

Valideynlər azadlıq adı altında uşaqları həm real həyatda, həm də virtual mühitdə tam nəzarətsiz buraxırlar AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hələ də azyaşlı qızların zorla evləndirilməsi və erkən nikah halları ilə rastlaşırıq. Bu hallar birbaşa valideyn məsuliyyətsizliyinin, uşaqlara lazımi tərbiyə verilməməsinin və nəzarətsizliyin nəticəsidir. Xüsusilə region məktəblərində nəzarətin zəif olması uşaqların istədikləri vaxt dərsə gedib gəlməsinə, bəzən isə ümumiyyətlə məktəbdən yayınmasına şərait yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 
"Nəzarətin olmaması uşaqların vaxtlarını küçədə keçirməsinə, yad mühitlərlə əlaqə qurmasına və müxtəlif mənfi təsirlərə yönəlməsinə səbəb olur. Həyat təcrübəsi, bilik və dünyagörüşü yetərli olmayan uşaqlar asanlıqla aldadılır və təhlükəli vəziyyətlərə düşürlər. Bu təsirlər həm real həyatdan, həm də virtual mühitdən qaynaqlanır. Təəssüf ki, bir çox valideyn uşağı smartfonla “məşğul” etməklə öz məsuliyyətini kənara qoyur. Nəticədə uşaqlar nəzarətsiz internet mühitində psixoloji təsirlərə, əxlaqsızlıq təbliğatına və müxtəlif manipulyasiyalara məruz qalır. Təcrübəsizlik isə bu proseslərin ağır fəsadlarla nəticələnməsinə səbəb olur".
O bildirib ki, son dövrlər valideynlər azadlıq və sərbəstlik adı altında uşaqları həm real həyatda, həm də virtual mühitdə tam nəzarətsiz buraxırlar:
"Eyni zamanda məktəblərin tərbiyə funksiyası zəiflədilib, onlar daha çox texniki tədrislə məhdudlaşır. Nəticədə cəmiyyətin iki əsas tərbiyə institutu olan ailə və məktəb öz rolunu itirmək üzrədir.
Uşaqlarının məhv olmasını istəməyən valideynlər onlara vaxt ayırmalı, daim nəzarətdə saxlamalı və tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Eyni zamanda məktəblərin tərbiyə funksiyası bərpa edilməlidir. Müəllimlər ikinci valideyn kimi uşağın davranışını, psixoloji durumunu və həyat tərzini izləməli, şübhəli hallarda valideynlərlə birgə operativ tədbirlər görməlidirlər.Müasir uşaqlar çox çətin və təzyiqlərlə dolu bir mühitdə böyüyür. İnternet və real həyatın yaratdığı psixoloji təsirlər onları asanlıqla təhlükəli vəziyyətlərə sürükləyir. Bu səbəbdən uşaqları qorumaq böyüklərin birbaşa vəzifəsidir".
Sosioloq deyib ki, bu məsuliyyət təkcə valideynlərin deyil, dövlətin, məktəbin, müəllimlərin, eləcə də cəmiyyətin bütün üzvlərinin üzərinə düşür;
"Qonşular və qohumlar da biganə qalmamalı, problem gördükdə məsələni qaldırmalı və həllinə çalışmalıdırlar.Ümumilikdə bu, cəmiyyətin ortaq problemidir. Milli mənəvi dəyərləri arxa plana ataraq azadlıq adı altında uşaqları nəzarətsiz buraxmaq gələcək nəsillərin sağlam tərbiyəsinə və psixoloji inkişafına ciddi zərbə vurur.Xüsusilə regionlarda və kənd məktəblərində nəzarət gücləndirilməli, əsaslı səbəb olmadan dərsdən yayınmaya yol verilməməlidir. Valideynlərlə məktəb arasında daimi və sistemli əlaqə qurulmalı, uşağın davranışı, fəaliyyəti və psixoloji durumu birgə nəzarətdə saxlanmalıdır".
Qeyd edək ki, bir neçə gün öncə Tovuzda toyuna əngəl olunan 14 yaşlı qızın oxuduğu məktəb onun tez-tez dərsdən yayındığını bildirib.
Əfsanə Kamal
Demokrat.az

Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Dekabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri