Icma.az
close
up
RU
“Valideynlərim Kiyevdə daim atəş altında yaşadı” Sabiq “Qarabağ”lı

“Valideynlərim Kiyevdə daim atəş altında yaşadı” Sabiq “Qarabağ”lı

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Hazırda "Sumqayıt" klubunda çıxış edən Rüstəm Əhmədzadə evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra Sportnet.az-a geniş müsahibə verib.

Yenisabah.az müsahibəni təqdim edir:

Ukrayna doğumlu 25 yaşlı hücumçu oyunu dəyərləndirməklə yanaşı, "Qarabağ"dan ayrılmasından, sabiq klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından, Azərbaycan millisinin İslandiya və Ukraynaya qarşı dünya çempionatının seçmə qrup oyunlarına dəvət almamasından və Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynanın üzləşdiyi vəziyyətdən danışıb: pizza

"Vurduğum qolda ofsayd var idi"

- "Şamaxı" ilə oyunu necə dəyərləndirərdiniz?

- Məncə, maraqlı və emosional oyun alındı. Hesab edirəm ki, bu gün qələbəyə layiq idik. Lakin nəticə ortadadır. 1 xal da yaxşıdır.

- Sayılmayan qolunuz oldu. Özünüz həmin epizodda ofsaydın olduğunu təsdiqləyirsiniz?

- Bəli. Paltardəyişmə otağında baxdım, ofsayd var idi. Sadəcə, oyun vaxtı emosiyaların təsiri altında idim, qolun sayılmamasını təsəvvür edə bilmirdim.

- Demək olarmı ki, bu, Azərbaycan karyeranızda ən yaxşı başlanğıc götürdüyünüz mövsümdür?

- Bəli, demək olar. Bu, ən yaxşı başlanğıcdır, çox motivasiyalıyam. Ümidvaram ki, bu başlanğıcı davam etdirəcək və daha yaxşı olacağam.

"Sumqayıt"da sərbəstlik imkanlarım daha çoxdur"

- Bəs "Qarabağ" və "Zirə"də olduğunuz vaxt belə başlanğıclarınıza kim və ya nə mane olurdu?

- Heç kim mane olmurdu. Sadəcə, mental durumum buna imkan vermirdi. İndi mən bu baxımdan çox yaxşı vəziyyətdəyəm. Komandada mənə etimad göstərirlər, özümü yaxşı hiss edirəm. Ona görə də mənə elə gəlir ki, bu amil da təsirini göstərir.

- Əvvəlki klublarınızda kifayət qədər etimad göstərmirdilər?

- Elə deməzdim. Hər yerdə hər şey yaxşı idi. Bu, daha çox mənim işimlə, mentalitetimlə bağlı idi.

- "Sumqayıtdakı durum "Qarabağ" və "Zirə"dəkindən nə ilə fərqlənir?

- Sadəcə, burada mənə daha çox güvənir və fərdi improvizasiyalar etməyimə imkan verirlər. Yəni, meydanda sərbəstlik imkanlarım daha çoxdur.

"Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanacağına tam əmin idim"

- Yeri gəlmişkən, "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi barədə nə deyə bilərsiniz?

- Açığı, bunu gözləyirdim. "Qarabağ"la yay toplanışında olarkən komandanın necə çalışdığını və çıxış etdiyini, həyata keçirdiyi transferləri görürdüm. Ayrılarkən başa düşürdüm ki, komanda böyük ehtimalla Çempionlar Liqasının əsas mərhələsinə çıxacaq. Sonradan püşkatmanın nəticələrini gördükdə də tam əmin idim. "Qarabağ" layiqli vəsiqə qazandı, komandanın uğurlarına çox sevinirəm.

- Düşünmürsünüz ki, "Qarabağ"da hücumçu çatışmazlığı var?

- Açığı, mən elə fikirləşmirəm. Hansısa problemlər olsaydı, komanda çempionluq qazana bilməzdi. Bunu bacarıblarsa, deməli, böyük və geniş heyətləri var, futbolçuları güclüdür, rəqabət yüksəkdir. Buna görə də hesab edirəm ki, "Qarabağ"ın futbolçuları yaxşı səviyyədədirlər.

- "Qarabağ" sizinlə yollarını ayırdıqdan sonra 3 hücumçu ilə qalıb və hələ də mərkəz hücumçusu transfer etməyib. Belə bir vəziyyətdə komandadan göndərilməyiniz hansı səbəbdən irəli gəldi?

- Xüsusi səbəb yox idi. Sadəcə, özüm hiss edirdim ki, vəziyyəti dəyişməyim lazımdır. Belə bir danışığımız oldu: Mənə dedilər ki, nəyi daha yaxşı və faydalı hesab edirsənsə, onu da et. Mən də getmək qərarına və pozitiv notlarla yollarımızı ayırdıq. Hər hansı problem olmadı.

- Özünüz getdiniz, yoxsa onlar getməyinizi istədilər?

- Yəqin ki, daha çox mənim təşəbbüsüm idi.

"Milli komandanın siyahısı çempionatdan əvvəl hazırlanıb"

- Milli komandaya çağırılmamağınız barədə nə deyə bilərsiniz?

- Heyətə açıqlandığı gün - avqustun 29-da səhər saatlarında baxdım. Əlbəttə, dəvət gözləyirdim, milliyə düşmək istəyirdim. Lakin özüm də başa düşürəm ki, bir müddət oynamamışam, pis təsir bağışlamışam. Buna görə də indi daha çox işləməyim, özümü daha yaxşı tərəfdən göstərməyim lazımdır. O zaman, düşünürəm ki, məni də çağırarlar.

- "Sumqayıt"da ilk turdan qol vurur, hücumda fəallığınızla seçilirsiniz. Hesab etmirsiniz ki, bu siyanı əvvəlcədən - hələ Premyer Liqa start götürməmişdən əvvəl hazırlanıb?

- Ola bilər. Çünki bunadək baş məşqçi Fernandu Santuş yay fasiləsində millini iki yoldaşlıq görüşünə çıxarmışdı və futbolçuları həmin vaxt izləyə bilmişdi. Çempionat isə avqustun 15-də başlayıb, hələlik cəmi 3 oyun keçirmişik, baş məşqçinin isə görüb seçmək üçün vaxtı az olub. Lakin növbəti toplanışadək bütün futbolçular iş başında olacaq. Ola bilsin, bu toplanış üçün Santuş kimi çağıracağını öncədən bilirdi və siyahını da buna görə hazırlamışdı. Fikrimcə, gələn toplanış üçün isə hazırda kimin necə çıxış etdiyinə, harada və nə qədər oynadığına daha çox diqqət yetirəcək.

- Siyahının daha tez hazırlanmasına kifayət qədər vaxt aparan viza məsələsi də səbəb ola bilərmi?

- Bəli. Düşünürəm ki, millidə çalışanlar nə etdiklərini və bu cür incəlikləri bilirlər.

- Doğulub boya-başa çatdığınız Ukraynaya qarşı oynamaq kimi xüsusi istəyiniz var idi?

- Əlbəttə. Çox istəyirdim ki, Ukrayna yığmasındakı uşaqları da görüm, onlara qarşı da oynayım. Amma eybi yox, onlarla Polşada da üz-üzə gələcəyik. Ola bilsin, həmin vaxt milliyə çağırılacağam.

- Nə vaxtsa Ukraynanın əsas millisinə çağırılma şansınız olubmu?

- Xeyr. Ukraynada yeniyetmə ikən Ukraynanın müvafiq yaş qrupundan olan millisində oynamaq istəyim var idi. Lakin çağırmadılar və sonradan Azərbaycan millisindən təklif gəldi. Mən də etiraz etmədim. Hesab etdim ki, bu, yaxşı variantdır. Bu komandada çıxış etdiyim üçün şadam.

"Valideynlərim müharibəyə görə Kiyevdən Qərbi Ukraynaya üz tutublar"

- İndiyədək Rusiyanın Ukraynaya qarşı təcavüzü barədə danışmamısınız. Hər halda sizin də fikirlərinizi bilmək istərdik...

- Açığı, bu barədə danışmaq çox ağırdır. Baxıb-izləmək çox üzücü, məyusedici, ağrılıdır. Orada mənim valideynlərim, bütün doğmalarım, qohumlarım var. Hər dəfə xəbərləri oxuduqda çox pis oluram, bu, mənə çox ağır gəlir. Amma inanıram ki, gec-tez hər şey sona çatacaq və vəziyyət yaxşı olacaq.

- Valideynlərinizin yaşadığı regionda hazırda doyüşlər gedirmi?

- Biz paytaxt Kiyevdənik. Hazırda oranı da tez-tez atəşə tuturlar. Valideynlərim uzun müddət paytaxtda atəş altında yaşadı. Bir müddətdir Qərbi Ukraynaya üz tutublar. Orada daha sakitlikdir. Mən də buna görə rahat və sakitəm.

- Qərbi Ukraynaya məcburi köçkün kimi yollanıblar?

- Xeyr, orada qohumlarımız var, onlarla qalırlar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri