Icma.az
close
up
RU
Valideynlərin boşanması illər sonra sağlamlığınıza təsir göstərə bilər

Valideynlərin boşanması illər sonra sağlamlığınıza təsir göstərə bilər

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Uşaqlıq dövründə valideynləri boşanmış şəxslərin yaşlılıqda insult keçirmə riskinin artdığı aşkar edilib.

BAKU.WS xəbər verir ki, tədqiqatçıların apardığı araşdırmaya əsasən, valideynləri boşanmış yaşlı amerikalılar arasında insult riski daha yüksəkdir.

Araşdırmada valideynləri boşanmış 65 yaşdan yuxarı amerikalıların hər 9 nəfərindən birinin insult keçirdiyi, valideynləri birlikdə olanlarda isə bu nisbətin 15-dən bir olduğu qeyd edilib.

Tədqiqatın aparıcı müəllifi, Tyndale Universiteti Psixologiya Bölümünün müəllimi Meri Keyt Şilkenin sözlərinə görə, hətta siqaret istifadəsi, fiziki hərəkətsizlik, aşağı gəlir və təhsil səviyyəsi, şəkərli diabet, depressiya və sosial dəstəyin azlığı kimi məlum risk faktorları nəzərə alınsa belə, valideynləri boşanmış olanların insult keçirmə ehtimalı 61% daha yüksəkdir.

Bu güclü əlaqənin, şəkərli diabet və depressiya kimi insult üçün məlum risk faktorları ilə bənzər miqyasda olduğu vurğulanıb.

Tədqiqatda emosional zorakılıq, laqeydlik, valideynlərdə ruhi sağlamlıq problemləri və ya maddə asılılığı kimi digər uşaqlıq problemləri ilə insult arasında müəyyən bir əlaqə tapılmayıb.

Tədqiqatçılar valideynlərin boşanması ilə insult arasında olan əlaqəni tam izah edə bilməsələr də, bioloji və sosial amillərin bu məsələdə rol oynaya biləcəyini qeyd edirlər.

Toronto Universitetindən professor Esme Fuller-Tomson bu barədə bildirib:

"Bioloji baxımdan yanaşsaq, uşaqlıqda valideynlərin boşanması yüksək stres hormonlarının davamlı olaraq qalmasına səbəb ola bilər. Bu vəziyyət inkişaf etməkdə olan beynin və uşağın stresə cavab vermə qabiliyyətinə daimi təsir göstərə bilər."

PLOS One jurnalında yayımlanan bu araşdırma, 2022-ci ildə aparılmış Davranış Risk Faktorları Nəzarət Araşdırmasına əsaslanaraq, valideynləri boşanmış 13,205 yaşlı amerikalını təhlil edib.

"Gələcək tədqiqatlar oxşar nəticələr göstərərsə, sağlamlıq mütəxəssisləri xəstələrinin ailə strukturlarını nəzərə alaraq insultun qarşısını almaq və maarifləndirmə üçün daha hədəfli yanaşmalar hazırlaya bilərlər," - deyə Şilke qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri