Icma.az
close
up
RU
Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dünyaya gətirdikləri uşaqlara eyni dərəcədə şamil olunur.
 

Amma təəssüf ki, cəmiyyətin mənəvi və hüquqi əsaslarını təşkil edən ailə institutunun məruz qaldığı uğursuz dəyişikliklər ikincilərin də sayını xeyli artırıb. Rəqəmlər göstərir ki, 2024-cü ildə Azərbaycanda 16 minə yaxın nikahdankənar uşaq doğulub. Bunu rəsmi qurumlar da təsdiqləyir: “Doğulan uşaqların 15%-i nikahdan kənar dünyaya gəlir”.


Ən ağrılısı odur ki, nikahdankənar doğulan uşaqlara bəzən cəmiyyətin verdiyi status, münasibət birmənalı olmur. Bu məsələ sosial və hüquqi aspektlə yanaşı psixoloji, mənəvi baxımdan da geniş müzakirə olunmaqdadır.

Bəs, bu məsələyə dini yanaşma necədir? İlahiyyatçılar bunu necə dəyərləndirir?
 

İlahiyyatçı Tural İrfana görə, dində qarşılıqlı münasibət zamanı nikah bağlanması vacib sayılır:

“Kəbin oxunmasa belə, gərək şərtlər dini qaydalara uyğun olsun. Nikahdankənar uşaqların doğulması cəmiyyət üçün çox təhlükəli və utancvericidir. Bu, çox böyük bir günahdır.

Əvvəlki peyğəmbərlərin qövmlərinin zəlzələ, sunami, vulkan, sel kimi fəlakətlərlə məhv edilməsinin bir səbəbi də homoseksualizm və nikahdankənar münasibətlər, yəni zinakarlıq idi. Nikahdankənar münasibətlər dində zina sayılır ki, bu da ən böyük günahlardandır. Zinadan doğulan uşağın heç bir günahı olmasa da, böyük günahdan yarandığı üçün cəmiyyətdə dəhşətli sosial pozuntulara səbəb olur. Qərbin təbliğ etdiyi filmlər və bir qədər də irançı dindarların siğə təbliğatı buna rəvac verir. Bu cür nikahdankənar doğulanlara el arasında hətta xoşagəlməz adlar da verirlər.


Dinin bəzi məzhəblərinə görə belə adamlar gələcəkdə məscid imamı ola bilməz, namazda öncüllük edə bilməz, din alimi, müctəhid dərəcəsinə çatsa da, ona təqlid edilməz, şahidliyinin qəbul edilməsi də şübhəlidir. Dinimiz buna görə mütləq nikah, kəbin kəsdirib evlənməyi vacib hesab edir. Nikahdankənar doğulanlar zinanın yetirməsi kimi cəmiyyətə xələl gətirir. Əgər belə davam etsə, cəmiyyətdə böyük fəsadlar yaranacaq, çünki bu cür doğulanların xarakteri və digər xüsusiyyətləri tamamilə fərqli olur. Nikahsız uşaq dünyaya gətirmək qanuni cəhətdən də, dini yöndən də doğru deyil”.

İlahiyyatçı Elşad Miri isə fikrini ritorik sualla izah edir:


"Bu uşaqların günahı nədir ki, burda?! Kimsə hansı nəsildə, hansı ailədə doğulacağına özü qərar verirmi?! Təbii ki, xeyr! Ona görə də iddia tamamilə əsassızdır.  Bununla bağlı yanlış fikrin olması özü yanlışdır.

Vaxtilə Əməvilər dövründə də belə bir hal baş vermişdi. O zaman Peyğəmbərin səhabələrinə təcavüz eləmişdilər. Sonrakı dövrdə həmin məsələlər müzakirə predmeti idi ki, onların vəziyyəti necə olacaq. Burda heç bir məsələ yoxdur. İslam dini bununla bağlı heç nə demir. İslamın yeganə yanaşması odur ki, bunu kim edibsə, o günahkardır. Uşaqlarınsa heç bir günahı yoxdur.


Tam əksinə, onlar ən məsumdurlar. Eyni zamanda başqaları kimi bir vətəndaşdırlar. Onlara həyatlarında öz əməllərinə, davranışlarına uyğun qiymət, dəyər veriləcək, vəssalam”.


Elşad Miri deyir ki, bu uşaqların gələcəkdə namazda öncüllük edə, məscid imamı ola bilməməsi haqda deyilənlər isə bəzi dindarların uydurmasıdır:
 

“Boş şeydir, uydurmadır. Bu, din xadimlərinin ortaya atdığı cəfəngiyyatdır. Biz gedib məsciddə namaz qılanda öndə duranın kim olduğunu bilirik? Necə doğulduğundan xəbərimizmi var?! Yoxdur. Yoxsa o adamla bağlı burda tərcümeyi-halmi açılır? Yox, əlbəttə. Bunlar uydurma şeylərdir”.
İlahiyyatçı bildirir ki, kimsənin o uşaqları qınamağa, onlara fərqli münasibət göstərməyə haqqı yoxdur:
 

“O ki, qaldı bu halların fəsad olub-olmayacağına, onu dövlət düşünür. Əsas odur ki, həmin uşaqların qeydiyyatı aparılsın. Şəxsiyyət vəsiqələri olsun ki, sabah bacı-qardaş evliliyi ortaya çıxmasın, insest münasibət olmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 May 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri