Icma.az
close
up
RU
Valideynlərin diqqətinə: Uşaqlar buna görə evdən QAÇIR

Valideynlərin diqqətinə: Uşaqlar buna görə evdən QAÇIR

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə paytaxtda və bölgələrdə yeniyetmələrin evdən qaçma hallarına tez-tez rast gəlinir. Bu məsələ sosial media platformalarında və xəbər saytlarında da geniş müzakirə olunur, onun aktuallığı ictimai narahatlıq doğurur.

Səbəblər arasında valideyn nəzarətsizliyi, sosial şəbəkələrdən aktiv istifadə yer alır.

Maraqlıdır, yeniyetmələr arasında evdən qaçmanın əsas səbəbi nədir? Valideyinlər bu halın qarşısını almaq üçün övladlarına qarşı hansı tədbirləri görməlidirlər? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil son dövrlərdə yeniyetmələr arasında evdən qaçma hallarının artmasının cəmiyyətdə narahatlıq doğuran sosial problemlərdən birinə çevrildiyini deyib. Uzmanın sözlərinə görə, bu artımın səbəbləri çoxşaxəli və müxtəlifdir:

“Onlardan biri ailədaxili münasibətlərdəki gərginlikdir. Münaqişəli mühit, zorakılıq halları, valideynlərin sərt və laqeyd davranışları uşaqlarda təhlükəsizlik və dəyərsizlik hissi yaradır. Bu hisslər isə onların ailədən uzaqlaşmaq istəyini gücləndirə bilər. Başqa mühüm səbəblərdən biri də şəxsi azadlığın məhdudlaşdırılmasıdır. Yeniyetmələr bu dövrdə azadlığa və öz fikirlərinə hörmətə daha çox ehtiyac duyurlar. Valideynlərin daim nəzarəti altında olmaları, onların fikirlərinin nəzərə alınmaması, sərt qərarların tətbiqi etiraz hissini gücləndirir. Bəzən bu narazılıq evdən qaçmaq kimi kəskin davranışlarla nəticələnə bilər”.


İlahə Adil psixoloji gərginlik və sosial təzyiqlərin də nəzərəçarpan amillərdən olduğunu qeyd edib. 

O vurğulayıb ki, məktəbdəki problemlər, dost münasibətlərində yaşanan çətinliklər, özünü ifadə edə bilməmək və sosial mühitdə dəyərsiz hiss etmək bu cür riskli qərarların verilməsinə səbəb ola bilər:

“Sosial media da bu prosesə təsirsiz ötüşmür. Bəzən internetdə evdən qaçan yeniyetmələrin hekayələri qəhrəmanlıq və romantika çalarlarında təqdim olunur. Bu cür təsirlər psixoloji cəhətdən həssas gəncləri yanlış qərarlar verməyə sövq edə bilər. Bundan əlavə, sevgi münasibətləri də bu halların yaranmasında təsirli ola bilər. Gənclərin hisslərinin ailə tərəfindən qəbul edilməməsi, onların sevgilərinin ciddi qarşılanmaması və ya münasibətə mane olunması bəzi hallarda yeniyetmələrin emosional qərar verməsinə səbəb olur. Belə vəziyyətlərdə onlar bu münasibətə sadiqliklərini sübut etmək üçün evdən uzaqlaşmağı bir “qəhrəmanlıq” kimi qəbul edə bilərlər”.


Psixoloq ən vacib addımlardan biri olan valideyn-övlad münasibətlərinin səmimi və açıq olmasının vacibliyindən bəhs edib.

Kouç bildirib ki, xüsusilə yeniyetməlik dövründə uşaqlar ailədə sevildiklərini, dəyərləndirildiklərini və fikirlərinə hörmət edildiyini hiss etməlidirlər:

"Belə münasibət onların problemlərini paylaşmasına və sağlam qərarlar verməsinə imkan yaradar. Digər vacib məsələ isə şəxsi sərhədlərə hörmətdir. Yeniyetmələrə müəyyən azadlıq verilməli, qərarvermə proseslərinə cəlb olunmalıdırlar. Bu həm onların özünəinamını artırır, həm də ailə bağlarını möhkəmləndirir. Yeniyetməlik dövrü insan həyatında həm fizioloji, həm də psixoloji dəyişikliklərin yaşandığı kritik bir mərhələdir. Bu proses bəzi hallarda 10 yaşdan etibarən başlaya bilər. Özünə qapanan uşaqlara vaxtında psixoloji dəstək göstərilməli, zərurət yarandıqda mütəxəssislərə yönləndirilməlidirlər”.


İ.Adil qeyd edib ki, valideynlər və müəllimlər uşaqların emosional vəziyyətinə qarşı daha diqqətli və anlayışlı yanaşmalıdır:

“Məktəblərdə və cəmiyyətlərdə maarifləndirici tədbirlər həyata keçirilməli, həm valideynlər, həm də gənclər üçün psixoloji və sosial mövzularda seminarlar təşkil olunmalıdır. Bu tədbirlər həm məlumatlılığı artırar, həm də profilaktik addımların atılmasına şərait yaradar. Bu problem yalnız ailələrin deyil, eyni zamanda dövlətin və ümumi cəmiyyətin daşıdığı bir məsuliyyətdir. Uşaqların radikal qərarlardan uzaq qalması üçün onlara sevgi dolu, anlayışlı və dəstək verən bir mühit yaradılmalıdır. Belə bir atmosfer təkcə ailədə deyil, məktəbdə və ictimai sahələrdə də formalaşdırılmalıdır. Sağlam ailə münasibətləri və düzgün yanaşmalar bu cür halların qarşısını almağın ən effektiv yollarındandır”.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri