Icma.az
close
up
RU
Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini əhatə edən Valideyn konfransları başa çatıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüş Yasamal, Nəsimi və Nizami rayonları üzrə təşkil olunub.

Konfransda BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri “Uşağın psixoloji və emosional inkişafı”, “Valideyn və pedaqoq qarşı tərəf deyil, vahid komandadır”, “Valideynlərin tədris fəaliyyətlərində iştirakı” və “Sağlam uşaq, sağlam mühit, sağlam gələcək” mövzuları üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda uşaqların fərdi ehtiyaclarına həssas yanaşma, inklüziv təhsil mühitinin dəstəklənməsi və ailə-bağça əməkdaşlığının uşaqların inkişafındakı müstəsna rolu vurğulanıb, valideynlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Valideyn konfranslarının yekununda ailə və məktəbəqədər təhsil müəssisəsi arasında tərəfdaşlığın daha sistemli və davamlı müstəviyə keçməsi, həmçinin uşaqların hərtərəfli, sağlam və təhlükəsiz mühitdə formalaşması istiqamətində ortaq mexanizmlərin daha da gücləndirilməsi qərara alınıb.

Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd valideynlər və məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, uşaqların hərtərəfli inkişafına dair aktual məsələlərin müzakirəsi, inklüziv təhsil mühitinin təşviqi və valideynlərin maarifləndirilməsindən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri