Icma.az
close
up
RU
Vallah, hələ də matçın şokundayam... Sensasiyadı kapitan günahkarı tapıb...

Vallah, hələ də matçın şokundayam... Sensasiyadı kapitan günahkarı tapıb...

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizin qadınlardan ibarət futbol yığması Millətlər Liqasında Litvaya məğlub oldu.

Dəqiq desək, C liqasının 4-cü qrupunda yer alan, Siyasət Əsgərovun çalışdırdığı komanda Bayılda - "ASCO Arena"da keçirilən matçda 0:5 hesabı ilə uduzdu! Milli bununla qrup mərhələsini lider kimi başa vurmaq şansını itirdi. İndi komandanın yalnız qrup ikincisi kimi pley-off matçında bəxtini sınamaq şansı var.
Bəs qrup sonuncusu ilə ev oyununda 5 cavabsız qol buraxmağın günahı kimdədi? Səbəbləri necə izah etmək olar?
"Football-plus az"ın suallarını yığmanın kapitanı Sevinc Cəfərzadə cavabladı:

"Vallah, hələ də matçın şokundayam. Doğma azarkeşlərimizin önündə böyük hesabla uduzmağımız mənə çox pis təsir etdi. Sensasiyadı. Oyuna həddən artıq köklənmişdik. Motivasiyamız yüksək idi. Çox ciddi hazırlaşmışdıq. Özgüvənimiz var idi. Səfərdə qalib gəlmişdik. Əmin idik ki, ev oyununda da qələbə qazanacağıq. Görünür, məhz bunun nəticəsində uduzduq. Əslində rəqibin güclü olduğunu bilirdik. Futbol bəzən amansız olur. Belə məğlubiyyət hər kəsin başına gələ bilər. Sadəcə, doğma azarkeşlərimizin önündə uduzmaq bizi çox sarsıtdı. Onlara qələbə bəxş etmək istəyirdik. AFFA rəhbərliyi də bizə dəstək olmaq məqsədilə stadiona gəlmişdi. Təəssüf ki, onları sevindirə bilmədik. Portuqaliyadan, İsveçrədən buraxmadığımız qədər Litvadan qol buraxdıq. Düzü, hələ də nə baş verdiyini anlaya bilmirəm. Xeyli qol imkanından yararlana bilmədik. Amma Litva hər fürsəti maksimum dəyərləndirdi. Halbuki qızlarımız oyuna tam hazır idi. Litvanın qələbəsinin səbəbi bizik. Onlara imkanlar yaratdıq. Səhvlərə yol verdik. Komanda olaraq çox üzgünük. Bu məğlubiyyətə görə komanda adından azarkeşlərdən üzr istəyirəm. Bəhanə kimi anlaşılmasın, amma bu matça itkilərlə çıxmışdıq. Əsas oyunçulardan Nazlıcan Parlakla Kristina Bakarandze yox idi. Başqa zədəlilər var idi. Bu amillər də problem yaratdı. Bizi yaxından tanıyanlar bilir ki, həmişə ən yaxşısını etməyə çalışmışıq. Bir daha belə səhvləri təkrarlamamalıyıq. Tezliklə toparlanmalı, bu oyundan nəticə çıxarmalı və növbəti oyunlara köklənməliyik. Pley-offda oynamaq şansımız var. Komanda olaraq bu durumdan xilas olmalıyıq. Daha yaxşısını etməliyik".


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri