Icma.az
close
up
RU
Musa Qurbanlı: Vallah, oturub hesablamamışam

Musa Qurbanlı: Vallah, oturub hesablamamışam

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ"ın futbolçusu Musa Qurbanlı "Karvan-Yevlax"a qalib gəldikləri Misli Premyer Liqasının XIII turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir…
- Matç sizin üçün necə alındı?
- Təbii ki, asan oyun olmadı, özünüz də gördünüz. Əsas odur ki, üç xalı qazandıq. Bizim üçün qalibiyyət vacib idi. Rəqib çox yaxşı və kompakt müdafiə olunurdu. Bütün fikirləri müdafiə olunmaq idi. Bu mənada, hücum qurmaq, təhlükəli epizodlar yaratmaq çətin idi. Çünki boşluqlar vermirdilər. Amma sonda lazım olan qolları vurduq və qalib gəldik.
- İlk hissədə qol vura bilmədiniz. Rəqibin müdafiə xəttini keçə bilməməyiniz onların yaxşı müdafiə olunması ilə bağlı idi, yoxsa "Qarabağ"ın aparıcı oyunçuların ehtiyatda oturması rol oynadı?
- Rəqibin kompakt müdafiə olunmasını deyərdim.
- Qısa qrafikdə üç oyun oynayacaqsız, çünki kubok görüşü, ardınca liqa və daha sonra Çempionlar Liqası matçına çıxacaqsız. Sıx qrafikə görə heyəti yetərli hesab edirsən?
- Bəli, məncə yetərlidir. Kifayət qədər futbolçumuz var. Düzdür, hər halda, çətinlik, yorğunluq olacaq. Bu da normal haldır. Amma hamımız burada komandamız üçün əlimizdən gələni edirik. Neçə futbolçu olsa da, meydana kim çıxsa da, hamımız burada komandamız üçün can qoyur. Düşünürəm ki, bəs edəcək. Çətin olsa da, həll edək, bu vəzifəni də yerinə yetirək.
- Çempionlar Liqasında "Qarabağ"ın 7 xalı var, "Ayaks"ın isə xalı yoxdur. Bunu komandanız üçün üstünlük hesab edirsən?
- Belə turnirlərdə, belə komandalara qarşı nəsə üstünlükdən danışmaq bir qədər yaxşı fikir deyil. Rəqibləri onsuz da görürük, dünya səviyyəli komandalardır. ÇL-də oynayırıq. Hər matça ciddi hazırlaşacağıq, maksimum xal üçün mübarizə aparacağıq. Sona qədər oynayacağıq.
- Pley-off şanslarınızı necə dəyərləndirirsən?
- Təbii ki, müəyyən şansımız var. Çalışacağıq ki, bu şansdan istifadə edək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- "Ayaks", "Ayntraxt" və "Liverpul"la üç oyundan neçə xal qazana bilərsiz?
- Vallah, oturub hesablamamışam. Maksimum çalışacağıq da, nə qədər bacarsaq, o qədər də xal qazanaq. Ümidvaram ki, hər şey yaxşı alınar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri