Icma.az
close
up
RU
Valyuta hərracları ilə bağlı məlumatlar niyə verilmir? AÇIQLAMA KONKRET

Valyuta hərracları ilə bağlı məlumatlar niyə verilmir? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov hər həftə 2 dəfə keçirilən valyuta hərracları barədə məlumatların dərc edilməsinin dayandırılmasının səbəblərini açıqlayıb. Mərkəzi Bankının sədri və rəhbərliyi mediada bu mövzunun geniş müzakirə olunmasından təəccüblənib. Taleh Kazımov qeyd edib ki, hərracda tələb artdığı vaxt media və ekspertlər əsasız müzakirələrə səbəb yaradırlar. 

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, aylıq və rüblük statistikada onsuz da vəziyyəti görünür:

“Əvvəla qeyd edim ki, Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşümüz zamanı da bu məsələ müzakirə olundu. Yəni ekspertlərin bir neçəsi bu məsələni qaldırdı. Mərkəzi Bankın tam mövqeyini diqqətinizə çatdırmaq istəyirəm.

Birincisi bəli, sizin qeyd etdiyiniz nüansı da Taleh Kazımov səsləndirdi. O, bildirdi ki, hərracda satılan dolların həcmi aşağı olduqda sakitçilik olur, yüksək olanda isə hamı deyir ki, bu təhlükədən xəbər verir. Məsələ ondan ibarətdir ki, hər bir halda onsuz da aylıq və rüblük əsasda Dövlət Neft Fondunun və Mərkəzi Bankın statistikasından bu rəqəmlər görünür. Sadəcə Mərkəzi Bankın mövqeyi odur ki, burada demək olmaz ki, keçirilən hərraclarla bağlı məlumatlar məxfi saxlanılır. Yəni aylıq və rüblük statistikada onsuz da vəziyyəti görünür”.

Ekspert qeyd edib ki, burada Mərkəzi Bankın məlumatları gizlətdiyini demək düzgün olmaz:

“Mən də o fikirlə razıyam ki, 1 hərracın nəticəsinə görə demək olmaz ki, vəziyyət pis yaxud yaxşı oldu. Bu baxımdan, demək olmaz ki, Mərkəzi Bank bu məlumatları gizlədir. Onsuz da ayın və rübün sonunda bilinir.

İkinci məqam ondan ibarətdir ki, burada söhbət Mərkəzi Bankın özünün satdığı valyutadan getmir. Hərraclarda Neft Fondunun satdığı valyutadan söhbət gedir. Mərkəzi Bank deyir ki, bu mənim pulum deyil, müştərimin puludur. Bu halda Dövlət Neft Fondu Mərkəzi Bankın müştərisidir. Həmin müştəri özü onsuz da ayın sonunda rəqəmləri açıqlayır. Bu baxımdan mən hesab edirəm ki, əlbəttə, şəffaflıq yaxşı olardı. Amma bu halda da hər hansı bir faciə baş verməyib. Burada elə bir ciddi problem yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see172

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see136

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see130

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see122

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri