Icma.az
close
up
RU
Sülhə aparan yol, yoxsa kabusların vurnuxması?

Sülhə aparan yol, yoxsa kabusların vurnuxması?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İrəvanın bu seçimdə yanılmaq şansı sıfıra bərabərdir

Ermənistanın qarşısında bu gün taleyüklü bir sual dayanır: ölkə keçmişin ağır kölgələri altında qalmağa davam edəcək, yoxsa yeni regional reallıqlara uyğunlaşaraq həqiqi müstəqil inkişaf yoluna qədəm qoyacaq? Bütün millətin gələcəyini müəyyən edəcək bir seçim var. Son otuz ilin təcrübəsi göstərir ki, İrəvan hər dəfə regional əməkdaşlıq imkanları ilə üz-üzə qaldıqda onlardan boyun qaçırıb və əvəzində xarici güclərin təsiri altında hərəkət etməyi üstün tutub. Bunlar isə ,nəticə etibarilə, Ermənistanı həm siyasi, həm iqtisadi, həm də sosial böhranların içinə sürükləyib.

Burada vacib sual yaranır: Ermənistan niyə hələ də müstəqilliyini tam şəkildə dərk edə bilmir? Cavab aydındır – çünki dövlət elitasının müəyyən dairələri üçün “geosiyasi himayədarlıq” anlayışı siyasi mədəniyyətin bir parçasına çevrilib. Problemlərin həllini region ölkələri ilə dialoq və əməkdaşlıqda axtarmaq əvəzinə, onlar illərdir kənar güclərin dəstəyinə bel bağlamağa öyrəşiblər. Bunlar təkcə siyasi qərarların qəbulunda deyil, ictimai şüurun formalaşmasında da özünü göstərir. Müstəqil dövlət olmaqdan doğan məsuliyyət anlayışı cəmiyyətin dərin qatlarına hələ tam yeriməyib. Ermənistanın qarşısında dayanan ən böyük paradoks da budur: formal müstəqil dövlət olan bu ölkə hələ də taleyini başqa güclərin əlində görür.

Ermənistanın bugünkü siyasi reallığında ən mühüm məsələ onun təhlükəsizlik və inkişaf modelini hansı prinsiplər üzərində quracağı ilə bağlıdır. Tarix göstərdi ki, yalnız xarici güclərə arxalanmaqla nə iqtisadi sabitlik əldə olundu, nə də uzunmüddətli təhlükəsizlik təmin edildi. Əksinə, bu asılılıq Ermənistanı regiondan təcrid etdi, qonşularla münasibətləri gərginləşdirdi və nəticədə ölkəni çıxılmaz vəziyyətə gətirdi.

Bəs, çıxış yolu nədədir? Əslində, cavab sadədir: Ermənistanın real alternativi regional əməkdaşlıqdır. Azərbaycanla imzalanmış sülh gündəliyi bu mənada tarixi fürsət rolunu oynayır. Əgər bu sənədin ruhuna sadiqlik nümayiş etdirilərsə, Ermənistan üçün bir neçə strateji qapı açılacaq: iqtisadi əlaqələrin bərpası, sərhədlərin açılması, yeni nəqliyyat marşrutlarının işə salınması və ən əsası, cəmiyyətdəki qeyri-müəyyənlik xofunun zəifləməsi. Çünki iqtisadi inteqrasiya yalnız ticarət dövriyyəsini artırmaqla məhdudlaşmır, həm də siyasi münasibətlərdə qarşılıqlı etimad mühitini möhkəmləndirir.

Ermənistan cəmiyyəti bu fürsəti dəyərləndirməyə hazırdırmı? Cavab təəssüf ki, hələ də birmənalı deyil. Cəmiyyətin bir hissəsi sülh və əməkdaşlıq yolunu dəstəkləsə də, revanşist dairələrin təsiri altında olan qruplar “köhnə təhlükəsizlik doktrinası”nı bərpa etməyə çalışırlar. Onlar hələ də Rusiyanın hərbi-siyasi patronajlığını yeganə çıxış yolu kimi təqdim edir, halbuki bu yanaşmanın iflasa uğradığını Ermənistan özü təcrübədə gördü.

Başqa bir mühüm sual isə belədir: Ermənistan regional əməkdaşlığa açılmaqla nə qazanacaq? Cavab: yalnız iqtisadi dividendlər deyil, həm də beynəlxalq siyasətdə subyektliyini gücləndirmək imkanı. Çünki region ölkələri ilə normal münasibətlər qurmaq Ermənistanın həm enerji və nəqliyyat layihələrində iştirakını təmin edə bilər, həm də ölkəni daimi “təhlükəsizlik riskləri”dən çıxararaq inkişaf gündəminə fokuslaşmağa imkan verər. Nəticədə bu amil gələcək nəsillər üçün strateji sabitlik deməkdir.

* * *

Ermənistanın bu gün qarşılaşdığı ən böyük paradokslardan biri onun hələ də XX əsrin sonlarında formalaşmış siyasi stereotiplərin əsiri olaraq qalmasıdır. 1990-cı illərin müharibə təcrübəsi, müvəqqəti hərbi qazanclar və xarici güclərin himayəsi ilə əldə olunan illüziya hayların ictimai şüuruna uzun müddət “təhlükəsizlik modeli” kimi təqdim edildi. Bu model ölkəni nə inkişaf yoluna çıxardı, nə də müstəqil siyasi iradə formalaşdırdı.

Keçmişin yükü niyə hələ də Ermənistana yön verən əsas amillərdən biri olaraq qalır?

Cavab aydındır – çünki siyasi elitanın müəyyən təbəqələri öz mövqelərinin davamlılığını məhz bu ideologiyanın yaşamasında görürlər. Keçmişin ağrı-acılarını manipulyasiya vasitəsinə çevirərək cəmiyyət üzərində təsir gücünü qorumağa çalışırlar. Mövcud yanaşma yalnız daxili siyasi parçalanmanı dərinləşdirir, çünki yeni nəsil Ermənistanın gələcəyini sülh və əməkdaşlıqda görsə də, köhnə nəsil hələ də müharibə ritorikasına bağlı qalır.

Ermənistan keçmişin bu mirasından nə itirir? Təbii ki, hər şeydən əvvəl regional təcrid. Çünki qonşularla normal münasibətlərin qurulması imkanı hər dəfə revanşist ritorikanın qurbanına çevrilir. İqtisadi böhranın dərinləşməsi, əhalinin kütləvi miqrasiyası, sosial problemlərin ağırlaşması–bunların hamısı keçmişin yanlış strategiyalarından miras qalan nəticələrdir.

Ən böyük problem isə odur ki, keçmişin kölgələri Ermənistanın beynəlxalq imicini də zəiflədir. Müharibə ideologiyası və qonşulara qarşı ərazi iddiaları olan bir ölkə regional və qlobal layihələrdə etibarlı tərəfdaş kimi qəbul edilə bilməz. Əksinə, belə ölkə həmişə risk faktoru olaraq qalır.

Nəticə etibarilə Ermənistanın siyasi elitası və ictimai şüuru qarşısında çox ciddi seçim dayanır: ya keçmişin ağır yükünü üzərindən ataraq normal dövlətçilik mədəniyyətinə keçid edəcək, ya da köhnə ideologiyalara bağlı qalaraq yeni böhranların mərkəzinə çevriləcək.

* * *

Ermənistan üçün sülhə doğru real addım yalnız siyasi qərarlarla məhdudlaşa bilməz. Hətta ən mükəmməl diplomatik razılaşmalar belə, əgər ictimai şüur transformasiya olunmasa, kağız üzərində qalacaq. Cəmiyyətin düşüncə tərzi dəyişmədən, sülhün real sosial bazası formalaşmadan davamlı stabillikdən danışmaq mümkün deyil.

Maraqlıdır ki, ictimai şüurun dəyişməsi hansı mexanizmlərlə mümkündür?

Cavab ondan ibarətdir ki, Ermənistan cəmiyyəti uzun illər boyu formalaşmış “qorxu psixologiyası”ndan azad olmalıdır. Bu qorxu – guya qonşularla əməkdaşlığın dövlətçiliyə təhdid olduğu barədə miflərlə qidalanırdı. Halbuki tarixi təcrübə göstərir ki, qapalı siyasət Ermənistanı daha çox asılılığa, iqtisadi geriliyə və miqrasiya dalğalarına sürükləyib. Cəmiyyət anlamalıdır ki, qonşularla əməkdaşlıq təhlükə deyil, əksinə, təhlükəsizliyin təminatıdır.

Başqa bir mühüm sual isə belədir: bu transformasiyanı kim həyata keçirəcək?

Qeyd etməliyik ki, burada məsuliyyət təkcə siyasi hakimiyyətin üzərinə düşmür. Təhsil sistemi, media, vətəndaş cəmiyyəti institutları – hamısı bu prosesdə iştirak etməlidir. Ermənistan cəmiyyətinə yeni narrativlər təqdim olunmalıdır: “keçmişin qurbanı olmaq” yox, “gələcəyin qurucusu olmaq” və bu yanaşma nəsildən-nəslə ötürülən müharibə sindromunu zəiflədib, onun yerini əməkdaşlıq mədəniyyətinə verməlidir.

Əlavə olaraq, Ermənistan cəmiyyətinin transformasiyası yalnız daxili faktorlarla bağlı deyil. Xarici siyasətdə atılacaq hər bir sülh addımı da ictimai şüurun dəyişməsinə təsir göstərəcək. Əgər insanlar real iqtisadi dividendləri, sərhədlərin açılmasının faydasını və regional layihələrdən doğan imkanları gündəlik həyatlarında hiss etsələr, revanşist ritorikanın təsiri avtomatik olaraq azalacaq.

Ermənistan bu gün həlledici tarixi dönəmdən keçir. Ölkənin qarşısında duran seçim aydındır: ya keçmişin ağır mirasına bağlı qalaraq revanşistlərin təsiri altında qalmaq, ya da yeni regional reallıqlara uyğunlaşaraq müstəqil inkişaf yolunu seçmək. Seçimdə yanılmaq şansı sıfıra bərabərdir. İndiyə qədərki təcrübə sübut etdi ki, xarici güclərin patronajlığına bel bağlamaq Ermənistanı nə təhlükəsiz etdi, nə də iqtisadi inkişaf yoluna çıxardı. Əksinə, bu yanaşma ölkəni təcridə və böhranlara sürüklədi.

Əsas siyasi nəticə bundan ibarətdir ki, Ermənistanın sabitliyi və təhlükəsizliyi yalnız regional əməkdaşlıq və qonşularla sülh münasibətlərindədir. Azərbaycanla sülh gündəliyi bu mənada tarixi şansdır. Fürsət reallaşarsa, Ermənistan həm iqtisadi baxımdan regiona inteqrasiya edə, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazana bilər.

Lakin bunun üçün bir şərt var: keçmişin ağır yükündən qurtulmaq. Revanşist ritorika, köhnə illüziyalar və “geosiyasi himayədarlıq” illüziyası Ermənistanın gələcəyini məhv edən böyük təhlükədir. Əsl mübarizə isə artıq hərbi sahədə deyil, ictimai şüurun transformasiyasında gedir. Cəmiyyət başa düşməlidir ki, müstəqillik kənar güclərə arxalanmaqla yox, regionda sülh və əməkdaşlıq mühitini qəbul etməklə mümkündür.

Məntiq sadədir: Ermənistan ya bu transformasiyanı reallaşdıraraq yeni tarixi mərhələyə qədəm qoyacaq, ya da köhnə səhvlərin əsirinə çevrilərək təcrid və böhranla üzləşəcək. Başqa yol yoxdur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri