Van Qoqun naməlum rəsm əsəri tapıldı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Macarıstanda Vinsent van Qoqun naməlum rəsm əsəri aşkar edilmiş ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Blikk” nəşri macar incəsənət tarixçisi Zsofia Veqvariyə istinadən məlumat yayıb.
Mütəxəssislər Budapeştdə xarici kolleksiyaçı tərəfindən müayinə üçün təqdim edilən bir neçə əsəri araşdırarkən “Arlesdə rəqs zalı”nın (1988) bir versiyasını aşkar ediblər. Orijinal əsər Parisdəki Orse muzeyində saxlanılır.
20 ildir Budapeştdə Rəsm Tədqiqat Laboratoriyasına rəhbərlik edən Veqvari hesab edir ki, boyaların, kətanların, astarın və digər materialların təhlilinə əsasən, rəsmin 1885-1890-cı illər arasında yaradıldığı və həqiqətən də van Qoq tərəfindən yaradıldığı qənaətinə gəlmək olar.
O qeyd edib ki, rəssamlar tez-tez eyni mövzuda birdən çox əsər yaradırlar və Vinsent bu təcrübəni kiçik qardaşı Teoya yazdığı məktublarda dəfələrlə qeyd edib.
Nəşr tapıntını potensial olaraq 21-ci əsrin ən maraqlı sənət kəşflərindən biri adlandırır.
Bu mövzuda digər xəbərlər:İDDİA: Macarıstanda Van Qoqun naməlum əsəri tapıldı
06 Aprel 2026 16:03
Van Qoqun 50 dollarlıq əsəri
04 Fevral 2025 15:39
Van Qoqun adının verildiyi əsəri sındırdılar
17 İyun 2025 14:02
Van Qoqun iki əsəri rekord qırdı Fotolar
22 Noyabr 2025 08:56
Van Qoqun ən məşhur 3 əsəri haqqında bilinməyənlər
29 İyul 2025 17:03
Baxış sayı:140
Bu xəbər 06 Aprel 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















