Icma.az
close
up
RU
Vandalizmə cavab verən qürur və yenidənqurma simvolu

Vandalizmə cavab verən qürur və yenidənqurma simvolu

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözləri həm azərbaycanlıların keçmiş ağrılarını, həm də gələcəyə olan böyük inamını əks etdirən tarixi bir bəyanatdır. Bu fikir, həmçinin uzun illər işğal altında qalmış Ağdamın başına gətirilən dağıntıların bir daha unudulmaması və bu torpaqlarda həyatın yenidən qurulacağına dair dövlətin sarsılmaz iradəsini ifadə edir. Ağdam şəhəri 1993-cü il işğalından sonra tamamilə viran edilmiş, evlər yandırılmış, tarixi və dini abidələr məhv edilmiş, mədəniyyət ocaqları dağıdılmış, şəhərin infrastrukturu tamamilə sıradan çıxarılmışdı. Bir zamanlar Qarabağın ən inkişaf etmiş mərkəzlərindən olan Ağdam uzun illər boyu sanki bir səhraya çevrilmiş, xalqımızın yaddaşında “ruhlar şəhəri” kimi qalmışdı. Bu dağıntılar təkcə fiziki məhvetmə deyildi, həm də bir xalqın milli kimliyinə, tarix və mədəniyyətinə qarşı yönəlmiş vandalizm aktı idi. Lakin Azərbaycan dövləti və xalqı heç vaxt bu torpaqlardan əl çəkmədi, Ağdamın azad ediləcəyi günə böyük ümid və qətiyyətlə hazırlaşdı. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Ağdam 20 noyabrda işğaldan azad edildi və bu tarix yeni bir mərhələnin—qayıdış və bərpa dövrünün başlanğıcı oldu. Prezident İlham Əliyevin Ağdamla bağlı söylədiyi sözlər bu torpaqların yenidən dirçəldilməsinin dövlətin ən mühüm prioritetlərindən biri olduğunu göstərir. Artıq Ağdamda böyük quruculuq işləri sürətlə həyata keçirilir, şəhərin baş planı əsasında müasir infrastrukturlar yaradılır, yeni yollar, məktəblər, sənaye zonaları, yaşayış məhəllələri inşa olunur. Şəhər “ağıllı şəhər” konsepsiyasına uyğun bərpa edilir, tarixi abidələr yenidən təqdim olunur və bölgəyə həyatın tam şəkildə qaytarılması üçün genişmiqyaslı layihələr icra olunur. Bu bərpa prosesi yalnız tikinti fəaliyyəti deyil, həm də milli qürurun bərpasıdır. Ağdamın bərpası Azərbaycan xalqının öz torpağına sahib çıxmasının, dövlətin gücünün və siyasi iradəsinin təntənəsidir. Prezidentin “Heç kimdə bu haqda şübhə olmasın” sözləri xalqın gələcəyə olan inamını daha da möhkəmləndirir və bu gün Ağdamda atılan hər bir addım tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Ağdamın dirçəlişi həm şəhidlərimizin ruhuna ehtiram, həm də bölgənin gələcək rifahının təməlidir. Bu gün Ağdam yenidən doğulur, dağıntılar yerini inkişaf və quruculuğa verir, şəhər öz əvvəlki şöhrətinə və daha artıq inkişaf səviyyəsinə qovuşmaq yolunda inamla irəliləyir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri