Icma.az
close
up
RU
COP29da ATACH Günü keçirilib AZƏRTAC

COP29da ATACH Günü keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ATACH Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyət üçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunan mövzularından biri olduğunu qeyd edib: “Son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilən problem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilər və dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığı məkanlardan tərk etməyə məcbur edir”.

Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərin üzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyən dərəcədə geri qaytarıla bilər. “Əslində, sağlamlığa təsirlər hazırda müşahidə etdiyimiz iqlim dəyişikliyinin ilk və ən ani təsirlərindən biridir. Bu, açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı müzakirə onun sağlamlığa təsirini nəzərə almadan natamamdır”, - deyə o bildirib.

Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və 2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyi vurğulanıb: “ATACH iqlim və sağlamlıq məsələləri üzrə milli və beynəlxalq əməkdaşlıq üçün əsas qlobal platforma rolunu oynayır. Alyans Şarm əl-Şeyx Uyğunlaşma Gündəliyinə (COP27), COP28-in Sağlamlıq Bəyannaməsi və 77-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilən İqlim Dəyişikliyi və Sağlamlıq üzrə Qətnamə də daxil olmaqla, COP26 Səhiyyə Gündəliyinin nailiyyətlərinə və sonrakı təşəbbüslərə əsaslanır”.

Nazirin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edərək yaşıl enerjiyə keçidə sadiqdir: “İqlim dəyişikliyinin azaldılmasının maliyyələşdirilməsi COP29 müzakirələrinin, o cümlədən sağlamlığa təsirlərin maliyyələşdirilməsinin təməl daşı olaraq qalır. Hesab edirik ki, iqlim və sağlamlıq gündəmlərinin maliyyələşdirilməsi bütün müvafiq maraqlı tərəfləri cəlb etməklə, növbəti səviyyəyə qaldırılmalıdır”.

“Hazırda ATACH 90-dan çox ölkə və ərazi, həmçinin mühüm missiyada birgə çalışan 70-dən çox tərəfdaşı birləşdirir. Bundan əlavə, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlib. ATACH-ın həmtəşkilatçısı kimi Azərbaycan Respublikası Alyans vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdir. Biz bütün COP29 iştirakçı ölkələri ATACH-a qoşulmağa dəvət edirik. Bununla onlar iqlim tədbirləri vasitəsilə sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün kollektiv səylərə töhfə verə və bundan faydalana bilərlər”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri bildirib.

Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru, doktor Saiya Mau Piukala, Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin (FCDO) adaptasiya, təbiət və xarici təsirlərə davamlılıq departamentinin rəhbəri Cerard Hou, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti katibi Etel Masiel, Misirin Səhiyyə və Əhali Nazirliyi, institusional islahatlar üzrə nazirin köməkçisi doktor Hossam Abdel Qaffar və başqaları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsət olduğunu qeyd ediblər.

İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına, səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığına xələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlar nəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan, innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçün böhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyin vacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və daha möhkəm sistemlərə gətirib çıxaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri