Icma.az
close
up
RU
® “Trendyol” COP29da AZƏRTAC

® “Trendyol” COP29da AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri olan “Trendyol” özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda, Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək, dayanıqlılığa və iqlim müzakirələrinə dəstək olur.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə ‘’Trendyol’’un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə iqlim dayanıqlılığını və biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq.

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət “Birlikdə Transformasiya” şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir.

“Trendyol”un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq

“Trendyol” COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. “Trendyol”un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir. Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. “Trendyol” bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır.

2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti – “Trendyol” Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16 faiz azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırmaların və tullantıların idarə edilməsini optimallaşdıraraq, tullantıların 96,7 faizini təkrar emal edib, birdəfəlik plastik istehlakını 57 faiz azaldıb. Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70 faizini təkrar emal edilmiş materiallardan istehsal edib. Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100 faizini sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək.

“Trendyol” əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir.

Erdem İnan: “Dayanıqlılıq bütün əməliyyatlarımızda əsas məqamdır”

“Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində dayanıqlılıq bütün əməliyyatlarımızda əsas məqamdır. Gələcək nəsillərə daha yaşanabilən dünya miras qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik. Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız “Birgə Transformasiya Akademiyası”nı elan etdik”, - deyə “Trendyol Qrup”un baş icraçı direktoru Erdem İnan bildirib.

“Trendyol”un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib

COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan “Trendyol”, eyni zamanda, Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatının - Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldə davamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb. Dayanıqlı Gələcək Platformasının pavilyonunda Dr. Özlem Tuğçe Keleşin moderatorluğu ilə “Trendyol Qrup”un Korporativ Kommunikasiyalar Direktoru İrem Poyraz, “Sustainee Consultancy”nin qurucusu Ezgi Eğribozlu və “Cabana Education and Consultancy”nin nümayəndəsi Dr. İşıl Şahan 2023-cü il Dayanıqlılıq Hesabatını və “Trendyol”un bu sahədəki hədəflərini müzakirə edib.

“Esmiyor” platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə İrem Poyraz, Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu Karaarslan Azizoğlu “Trendyol”un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb.

Kapital Bankın icraçı direktoru Fərid Hüseynovun və PwC şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və “Trendyol’’un Azərbaycandakı biznes partnyoru “PAŞA Holdinq”in pavilyonunda keçirilən “Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq” panelində İrəm Poyraz “Trendyol”un “Birlikdə Transformasiya” yanaşmasından, rəqəmsallaşmanın dayanıqlılıqdakı təsirindən və “Birgə Transformasiya Akademiyası”ndan bəhs edib.

“Trendyol” qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir. BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı “Sabahın kəndləri” layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri