Vanq Yi: Birləşmiş Ştatlar tarif dəyənəyini hər yerdə yelləyir
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ yeni ticarət tarifləri tətbiq etməyə davam edərkən ehtiyatsız davranır və beynəlxalq vəziyyətin sabitliyinin pozulmasına töhfə verir.
Bu barədə aprelin 11-də Çinin xarici işlər naziri Vay Yi MAQATE-nin direktoru Rafael Qrossi ilə görüşündə bildirib.
"Son günlər ABŞ hər yerdə tarif dəyənəklərini yelləyir, öz maraqlarını açıq şəkildə bütün ölkələrin ümumi maraqlarından üstün tutur və çoxtərəfli ticarət sisteminə və müəyyən edilmiş qaydalara həyasızcasına məhəl qoymur", - nazir bildirib.
Vanq Yi əlavə edib ki, ABŞ özbaşına hərəkət edə bilməz və beynəlxalq ictimaiyyət ticarət tariflərinin tətbiqinə cavab verməlidir.
Mövsüm
Aznews.az

Birləşmiş Ştatlar bu qurumlardan çıxır
05 Fevral 2025 13:01
Birləşmiş Ştatlar təzyiqi və təxribat səviyyəsini artırır
22 Noyabr 2024 07:53
Birləşmiş Ştatlar Qəzzanı çox yaxşı idarə edəcək
12 Fevral 2025 07:45
“Birləşmiş Ştatlar bu halda dağıla bilər...” Siyasi analitik
12 Noyabr 2024 12:07
“Birləşmiş Ştatlar Ukraynaya dəstəyi dayandıra bilər” Baydenin müşaviri
14 Yanvar 2025 20:09

