Icma.az
close
up
RU
Vaqif: “Az danışıb çox iş görməliyik”

Vaqif: “Az danışıb çox iş görməliyik”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çətin vəziyyətdə idik. Bugünkü oyun vacib idi. Uşaqlar gözəl oyunla qələbə qazandı. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Onlara uğurlar arzu edirəm.

– Son bir həftədə nəsə dəyişdi?

– Az danışıram (gülür).

– “İstefa buludları” dağıldı?

– Gənc məşqçiyəm. Komandanı çətin durumda götürdüm. Əsas olan kollektivin birliyidir. Psixoloji cəhətdəm hazır olmaq vacib idi. Bu gün qələbə qazandıq, indi növbəti oyuna hazırlaşacağıq.

– Son bir həftədə futbol ictimaiyyəti sizi istefaya hazırlamışdı. Özünüzü necə köklədiniz?

– Əsas olan inamdır. Rəhbərlik və komanda mənə inandı. Mətbuat da dərk etməlidir ki, gəncəm və belə situasiyalardan çıxmaq vacibdir. Məşqçi kimi enişi də, yüksəlişi də bacarmalısan. Vacib üç xal qazandıq. Az danışıb, çox iş görməliyik.

– Tez-tez “az danışmaq” məsələsinə toxunursuz. Bu, sizinçün təcrübə oldu?

– Hər zaman mətbuata açıq olmuşam. Nə sual versəniz, cavab verməliyəm. Komanda üçün əlimdən gələni edir, gecə-gündüz çalışıram. Bəzi məqamlar var ki, onları keçməliyik. Futbolçulara təşəkkür edirəm. Uzun müddət qol vurmamaq məşqçi, futbolçu üçün təzyiqdir. Buna dözmək güclü olanlara xasdır.

– Qələbə qazansanız da, çoxlu qol imkanlarını qaçırdınız. Bu, narahat etmir?

– Yaratdığımız qol imkanlarının bəzilərini dəyərləndirdik. Bu gün qol vurmaq üçün hər şeyi etdi.

– Yeni oyunçuların uyğunlaşdığı hiss edilir…

– Yenədə vaxt lazımdır.

– Müdafiədən çıxanda sanki çox top itirirsiniz. Bu, nə ilə bağlıdır?

– Psixologiya ilə bağlıdır. Komandada səhv etmək qorxusu var idi. Vəziyyəti dərk edirdik. Bugünkü oyun situasiyadan çıxmaq üçün önəmli olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Aprel 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri