Icma.az
close
up
RU
Vaqif Cavadov: “Bir futbolçu bu gecə Bakıda olacaq”

Vaqif Cavadov: “Bir futbolçu bu gecə Bakıda olacaq”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Səbail” matçından (0:2) sonra ev sahiblərinin baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.
“Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bitməyib deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq”.

- Hansı mövqelərə transfer planlaşdırırsız?
- Hücuma. İki hücumameyilli futbolçu gələcək.
- Transferə gecikdiyinizi düşünmürsüz?
- Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Elə bir oyunçunu tapmışıq. Çalışacağıq ki, onu növbəti matça hazır edək.

- Rövlan Muradovun start heyətində olmaması ona gələn təkliflərlə bağlıdır?
- Sərtan Taşkın məşqlərdə daha aktiv iştirak edir, daha yaxşı formadadır deyə əsas heyətdə meydana çıxdı. Sırf bununla bağlıdır.

- Səbuhi Abdullazadənin start heyətində olmaması nə ilə bağlı idi?
- Əzələsində ikinci dərəcəli yırtıq var idi. Ona görə də risk etmədik. Amma ikinci hissədə onu meydana buraxmağa məcbur oldum. Heyət geniş olmasa da, gileylənməyəcəm. Bu futbolçularla başlamışam. Bunlarla da yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Futbolçulara təkliflər olanda oyuna yaxşı köklənə bilmirlər. Mən onları başa düşürəm. Amma onlar da məni başa düşsünlər. Çünki, digər oyunçular onlara görə əziyyət çəkir. İnanıram ki, növbəti oyuna qədər bu problem aradan qalxacaq.

Elmar Baxşıyev: “Bu oyunu unudub, qarşıdakı matçlara baxacağıq” "Zirə"dən minimal hesablı qələbə - YENİLƏNİB "Araz-Naxçıvan"da ciddi itki FKSB-nin baş məşqçisi: "Qarabağ" yaxşı komandadır" "Turan Tovuz"da braziliyalı müdafiəçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://apasport.az
archiveBu xəbər 18 Yanvar 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri