Icma.az
close
up
RU
Vaqif Cavadov: “Bu sindromu qıracağıq”

Vaqif Cavadov: “Bu sindromu qıracağıq”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Sumqayıt” oyununda (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Məğlub olmalı deyildik. Üstünlük bizim tərəfimizdə idi. Qol epizodları yaradırıq. Oyunumuz onu göstərir ki, hər şey qaydasındadır. Sadəcə son nöqtəni qoya bilmədik. Bu da düzələcək. “Şamaxı”nı təbrik edirəm. Sevinirlər, amma hələ ki bizi keçməyiblər. Qarşıda çox oyunlarımız var.

– İkinci hissədə komandanızın oyununun alınmamasının səbəbi nədir?

– Məcburi əvəzetmələr oldu, bəzi oyunçularımızın zədəsi üzə çıxdı. Bununla əlaqələndirə bilərəm. Hansısa mövqe səhvinə yol vermədik. Nə baş verdisə, ikinci hissənin əvvəlində baş verdi. Oyun nəzarətimizdə idi. Bir səhv məğlubiyyətə gətirib çıxardı.

– Komandanın 7 oyundur qol vura bilməməsinin səbəbi nədir?

– Epizodlar var, sadəcə vura bilmirik. Top dirəyə dəyirsə, iki metrdən qol vura bilmiriksə, nə vaxtsa bu qırılacaq. Əsas odur ki, oyun var, epizodlarımız var. Qol imkanlarının sayı bizdə daha çox idi. Futboldur, belə şeylər olur. Bir daha deyirəm, hər şey qaydasındadır. 22 xalımız var, 6-cı yerdəyik, Heç bir təlaşa düşmürük, sakitliyimizi qoruyub yolumuza davam edəcəyik.

– Alan Diasın durumu necədir?

– Hələ ki, bilmirik. Əzələsi dartırlıb. Müayiədən sonra dəqiq cavab verə biləcəyik. Sosial şəbələlərdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar. Kənardan danışmaq asandır. Böyük şəhərin bir komandasıyıq, azarkeşlərə ehtiyacımız var.

– “Şamaxı”nın sevinməsini xüsusi qeyd etdiniz. Onlarla hələ bir oyununuz da qalıb. Revanş hissi var sizdə?

– Heç kimə mesaj vermirəm. Sevinməkdə hamı sərbəstdir. Sadəcə olaraq onu deyə bilərəm ki, hələ ki bizi keçməyiblər. Qol vura bilməməyimizə baxmayaraq, komandam çox yaxşı oyun nümayiş etdirir. Bu sindromu qıracağıq. Futbolçularım özlərinə inansınlar, hər zaman onların arxasındayam.

– Premyer Liqada sonuncu yeri tutan komandanın Birinci Liqanın üçüncü ilə pley-off oynayacağı deyilir. “Sumqayıt” sonuncu olsa, razılaşacaq? 

– Mən o barədə düşünmürəm. İnanmıram ki, komandam sonuncu olsun. Belə bir şey olsa, mən burada olmaram. Hər şey yaxşı olacaq, futbolçularımdan razıyam. İnanıram ki, növbəti oyunlarda qələbələrimiz olacaq. Azarkeşlərimizə ehtiyacımız var, gəlib stadionu doldursunlar.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri