Icma.az
close
up
RU
Vaqif Cavadov: “Kaş ki, atam bu günü görərdi”

Vaqif Cavadov: “Kaş ki, atam bu günü görərdi”

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt" – "Neftçi" oyunundan (2:0) sonra qonaq komandanın məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Komandanı yeni götürsəm də, "Neftçi" hər zaman "Neftçi"dir. Bu komandaya qarşı oynamaq hər oyunçu üçün zövqdur. Həm dəyəri, həm karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdi. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən zəif deyilik. Komandamız futbol oynaya bilir. Bu qələbə bizi irəli aparacaq. Eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq.

– Samir Abasov deyir ki ,"Sumqayıt" dəyişməyib. Həqiqətən, belədir?
– Məncə, Samir müəllimin dediyinə siz cavab versəniz düzgün olar. Mənim danışmağım doğru olmaz.

– "Neftçi" sizə yaxın komandadır. Final fitindən sonra hansı hisslər keçirdiniz? Rəhmətlik atanız, əminiz "Neftçi"li olub…

– Ailə olaraq "Neftçi"liyik. Kaş ki, atam bu günü görərdi. Karyeram boyunca yenə necə yanımda olmuşdusa, indi də sevinərdi. "Neftçi"li olsaq da, buna sevinərdi. Şükürlər olsun, qələbə qazandıq. Bu qələbəni ona həsr edirəm. Atamın üzərində böyük əməyi olub. Bu qələbəni ona həsr edirəm.

– Oyunda motivasiya rolunu oynayan nə oldu?

– Bu oyuna hazırlaşanda "Neftçi"ni əsas götürürdük, hansısa simanı yox. Yaxşı komandaya qarşı oynadıq və qələbə qazanmaq istəyirdik. "Neftçi"nin gücünü bilirdik və sübut etmək istəyirdik ki, zəif deyilik. Bu futbolçularla da oynamağın mümkün olduğunu göstərdik.

– Oyunçular arasında bu oyuna xüsusi motivasiya var idi? Çünki rəqib baş məşqçi burdan gedib…

– Bütün oyunlara necə hazırlaşdıqsa, bu gün də belə oldu. "Neftçi" hər zamanki komandadır. İstər son sıralarda olsun, istər irəlidə. Onlara uğurlar arzu edirəm. İstərdim ki, bu klubu yuxarı sıralarda görək.

– Digər rəqiblərdən fərqli olaraq bu gün "Neftçi"yə qarşı fərqli taktika oldu?

– Son oyunlarımızda eyni taktika ilə oynamışıq. Sadəcə bu gün istək bir az çox idi.

– Hiss olunur ki, komandanı çox önə çıxarırsınız. İndiki oyunçular bunun öhdəsindən istədiyiniz kimi gəlir? Maraqlıdır, qarşıda qış fasiləsi var. İstədiyiniz adlar var?

– İndi bu haqda düşünmürəm. Materiallar toplanır. Hər oyun maksimum nəticə üçün çalışırıq. Qışda fasilə olacaq və futbolçularla bağlı düşünməyə vaxt yaranacaq. İndiki heyəti qorumağa çalışacam.

– Klub prezidenti olsaydınız, 7 oyunda 4 qələbə qazanan baş məşqçinin üzərindən müvəqqəti sözünü götürüb, daimi edərdiniz?

– Bu, mənə aid sual deyil. Məşqçi kimi "Sumqayıt"ın yetirməsiyəm. Aşağı yaş qruplarından bura qədər gəlmişəm. Rəhbərlik sağ olsun, mənə inandılar və baş məşqçi qoydular. Sabah desələr ki, təşəkkür edirəm və başqa seçimimiz var, bir şey olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Dekabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri