Icma.az
close
up
RU
Kaş ki, o müqaviləni bağlamazdım Vaqif Cavadov azarkeşlərdən üzr istəmədi

Kaş ki, o müqaviləni bağlamazdım Vaqif Cavadov azarkeşlərdən üzr istəmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Sumqayıt" ölkə kubokunun 1/4 final mərhələsinin evdə keçirilən cavab oyunu çərçivəsində "Sabah"a böyük hesabla uduzdu - 0:4.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İnanıram ki, hamı iki fərqli hissə izlədi. Məğlub olmamalı idik, amma uduzduq.
- İki kubok, səkkiz premyer-liqa matçında nəinki qələbə qazanmısız, qol belə vurmamısız. Nə düşünürsüz?
- Komanda hücum cəhdləriylə yadda qalır... Ümumiyyətlə, belə hallarda ya məşqçi gedir, ya da futbolçular. Məğlub olduq, deməli, nəyəsə gücümüz çatmır. Problem məndədisə, getməyim komandanın xeyrinə olacaqsa, gedərəm. Amma bu problemdən xilas ola bilərik. Ancaq irəli baxmalıyıq. İnanıram ki, mənə dəstək göstərəcəksiz.
- Həmişə gənc və yerli mütəxəssislərə dəstək olmuşuq. Bu öz yerində. Siz problemi nədə görürsüz?
- Futbolçular yetərsizdi. Hücumlar etsək də, qol vura bilmirik. Nəsə çatmır. "Sabah"ın dörd fürsəti oldu. Hamısını qolla tamamladılar. Komanda nə vaxtsa sonuncu pillələrdə olsa, gedərəm. Amma gec-tez bu problemdən qurtulacağımıza inanıram. Hamını başa düşürəm. Futbolçularımın arxasındayam. Bu gün problemin təkcə məndə olduğuna inanmıram. Mən hamıyla açıq danışıram. Bəzən deyirlər ki, Vaqif Cavadov çox danışır, işini görməlidi. Tövsiyənizi qəbul edirəm. Bundan sonra az danışacam.
- Komanda neçə oyun qol vura bilməməlidi ki, azarkeşlərdən üzr istəyəsiz?
- Mən niyə üzr istəməliyəm? O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya yuvarlanmaq təhlükəsiylə üz-üzə qalsın. Bəli, razıyam ki, problem var. Açıq-aşkar qol vura bilmirik. Yeni transferlər etmişik. Amma heç kim deyə bilməz ki, bu addımlar nə vaxt öz bəhrəsini verəcək... Əfsuslar olsun ki, futbolda belə hallar baş verir. İndi fikrimizi premyer-liqaya cəmləməliyik. Qarşıda "Kəpəz" və "Şamaxı"yla oyunlar var. Həmin matçlardan çox şey asılı olacaq.
- Yeni transferlərin komandaya gəlməsində sizin nə dərəcədə rolunuz olub? Çatışmazlıqlar barədə rəhbərliyə hesabat təqdim etmisizmi?
- Biz cəmi üç transfer etmişik. Bu işlərlə klub rəhbərliyi, seleksiya xidməti və baş məşqçi məşğul olur. Təbii ki, qış fasiləsində yaxşı futbolçu tapmaq çətindi. İstəsək də, daha çox və yaxşı oyunçu ala bilməzdik. Gücümüz çatmır. Mən də robot deyiləm, futbolçular da. Bir neçə həftə meydana çıxmayan, hətta təlim-məşq toplanışı keçməyən futbolçunu 90 dəqiqə oynatmaq böyük riskdi.
- Uğursuzluqlar komandaya psixoloji baxımdan mənfi təsir göstərir. Azarkeşlər "Vaqif, 1-ci liqa bizi gözləyir" şüarı səsləndirir. Sizcə, "Sumqayıt" premyer-liqadakı yerimi qoruya biləcəkmi?
- Mən nostradamus deyiləm ki, gələcəyi görüm. Məncə, bir qələbə hər şeyi həll edəcək.
- Maraqlıdı ki, komanda məhz qış fasiləsindən, sizin klubla müqavilə imzalamağınızdan sonra uğursuz nəticələr göstərməyə başladı...
- Kaş ki, o müqaviləni bağlamazdım (gülür). Biz "Sabah" deyilik ki, oyun ərzində çoxlu qol epizodu yaradaq. Fürsətlərimiz az olur, ondan da istifadə edə bilmirik.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri