Icma.az
close
up
RU
“Kaş ki, atam bugünkü oyunu görərdi” Vaqif Cavadov

“Kaş ki, atam bugünkü oyunu görərdi” Vaqif Cavadov

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. 

Milli.Az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Bilirsiniz ki, komandanı yeni götürmüşəm, amma "Neftçi" hər zaman "Neftçi"dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Həm oyunçunun qiyməti, həm də karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində komandamız sübut etdi ki, rəqibdən zəif deyilik. Futbolçularım üçün bu qalibiyyət irəliyə doğru addım olacaq. Deməli,  komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. İnşallah, bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq ki, "Sumqayıt" üçün yaxşı nəticə ilə sonlansın".

Mütəxəssis "Samir Abasov bildirdi ki, "Sumqayıt"ı tərk etdikdən sonra ciddi dəyişikliklər baş verməyib. Bu haqda nə düşünürsünüz?" sualına belə cavab verib: "Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Mənim bu haqda danışmağım doğru olmaz".

V.Cavadov qələbəni mərhum atası Füzuli Cavadova həsr etdiyini bildirib: "Ailə olaraq "Neftçi"liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. İnanıram ki, karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, "Neftçi"li olub. Onun olmaması mənim üçün çətindir. Bugünkü "Neftçi" üzərində qələbəni də atama həsr edirəm. Çünki onun mənim üzərimdə əməyi çox böyük olub".

O, "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun komandasına qarşı oynamaqlarının motivasiyaya təsir etmədiyini qeyd edib: "Bu gün hansısa simaya qarşı yox, "Neftçi"yə qarşı oynayırdıq. Yaxşı komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Nə mənim, nə oyunçularımın kimisə qarşı artıq motivasiya ilə oynamaqda rolu olmayıb. Sadəcə bilirdik ki, yaxşı rəqibə qarşı oynayırıq. Hər bir futbolçu sübut etdi ki, heç kimdən zəif deyilik və bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə "Neftçi" həmişə "Neftçi"dir. Fərqi yoxdur hansı pillədədir. Onun adı hər zaman üstündədir. Ona görə onlara uğurlar arzulayıram. Bu klubu tez bir zamanda yuxarı pillələrdə görmək istəyərdim".

Mütəxəssis "Neftçi"yə qarşı oyuna xüsusi bir taktika ilə çıxmadıqlarını deyib: "Zirə", "Şamaxı" və "Neftçi"yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə də Allah bizə qələbəni bəxş etdi".

V. Cavadov qış transfer pəncərəsi haqda danışıb: "Bu barədə düşünmürük. Əlbəttə ki, köməkçilərim bu haqda məlunat toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda fasilə olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız yaranacaq. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacağam ki, işimi onlarla davam etdirim".

O, klub prezidenti olsaydınız, 8 oyundan 5 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?" sualına cavabında deyib: "Bu mənə aid olan sual deyil. Məşqçi olaraq "Sumqayıt"ın yetirməsiyəm. Akademiyadan A komandasına qədər yüksəlmişəm. Çox sağ olsun rəhbərlik, mənə inanıb baş məşqçi vəzifəsini etibar etdi. Sabah desələr ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik, bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəyəm, ya da baş məşqçi kimi işimə davam edəcəyəm". /qol.az
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri