Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin Aparatında şöbə rəisi vəzifəsindən azad olunub.
Gununsesi.info Qaynarinfo-ya istinadən məlumat verir ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. Çillər Əsədli uzun illərdir sözügedən şöbənin rəisi kimi təhsil və tibb müəssisələrində “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması”, “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” mövzusunda seminarlar keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 01 Avqust 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















