Icma.az
close
up
RU
Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Deşifrə etsək, altında özümüzü görəcəyik, Vaqif bizim aid olduğumuz yerdir


Vaqif  Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirib. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinə start verilib. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək. Poeziya günlərinə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda başlanılıb.

Ədəbiyyatsevərlər Vaqif poeziyasının işığına ənənəvi olaraq Qazax şəhərinin mərkəzindəki “Şairlər bağı”nda toplaşıb. Açılış mərasimində çıxış edən AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu və digər şəxslər Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra isə söz şairlərə və aşıqlara verilib. Aşıqlar Vaqifin qəzəllərini ifa edib, şairlər isə şeirlərini söyləyib. Tədbirin bədii

hissəsində, həmçinin Səməd Vurğunun “Vaqif” pyesindən səhnəcik nümayiş olunub. İyulun 15-də Gəncə şəhərində davam etdirilib. 

Qeyd edək ki, tədbirin Şuşa mərhələsi əvvəlcədən elan edilmiş tarixdən ( 17-18 iyul) fərqli olaraq, iyulun 22–23-də yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək. Günlər çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ hoteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.

Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.


Vaqif  Poeziya Günlərinin ideoloji-estetik dəyərini, bu cür ədəbi-mədəni tədbirlərin keçirilməsinin əhəmiyyətini şərh edən şair Aqşin Yenisey bildirib ki,

şairlərin xatirəsinin anılması və onların ətrafında toplaşmaq yalnız bizə xas deyil, bu, ümumbəşəri bir ənənədir. O, Sherg.az-a açıqlamasında Şotlandiyada Robert Börnsin xatirəsinə həsr olunmuş gecəni misal gətirərək, poeziya tədbirlərinin xalq bayramı formatında keçirildiyini qeyd edir: 

“Bir şairin xatirəsi ətrafına bu cür  yığışmaq ənənəsi bütün ölkələrdə var. Bu yaxınlarda məni Britaniya səfirliyinə şotland şair Robert Börnsin xatirə gecəsinə çağırmışdılar. Onlar da el şənliyi kimi bir mərasim təşkil etmişdilər. Yığışdılar şeir dedilər, tuluq zurnası çaldılar, az yeyib, çox içib dağılışdılar”.


A.Yeniseyin fikrincə, tarixdə siyasi fiqur kimi tanınan və müxtəlif cür yozulan vəzir Vaqifdən fərqli olaraq, şair Vaqif yazılı ədəbiyyatla folklor arasında körpü rolunu oynayıb. O, Azərbaycan poeziyasının milli üslubunu formalaşdıran əsas fiqurlardandır: 

“Vaqifin iki üzü var: şair və vəzir Vaqif. Xatirəsi qeyd olunan şair Vaqifdir. Vəzir Vaqif ədəbiyyatdan çox tarixin ixtiyarında olan şəxsiyyətdir. Tarixin vəzir Vaqifə baxışı birmənalı deyil. Amma şair Vaqif ruhən folklorik olsa da, yazılı poeziyamızda bir mərhələdir. Mədəniyyətimizin milli kodları şair Vaqifdə daha qabarıqdır. Vaqif Poeziya Günləri milli bir şifrədir, deşifrə etsək, altında özümüzü görəcəyik. Vaqif bizim aid olduğumuz yerdir”.

Şair sonda əlavə edib ki, builki Vaqif Poeziya Günlərinin forması dəyişdirilib, proqram əvvəlkilərdən fərqli şəkildə təşkil olunub. 

Bu dəyişikliklərin isə tədbirin daha çağdaş, dinamik və məzmunca zəngin formatda keçirilməsinə xidmət etdiyini güman edir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 05:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri