Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Var dövlətini ələ keçirmək üçün bacı qardaşı tərəfindən dispanserə yerləşdirildi

Var dövlətini ələ keçirmək üçün bacı qardaşı tərəfindən dispanserə yerləşdirildi

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar; həkim anlaqsız vəziyyətdə olduğunu iddia edir, amma…

“Camalın dediyinə görə, bacısı və qardaşı istəmirlər ki, o, xəstəxanadan çıxsın, atasından ona qalan mal-mülkə sahib çıxmaq istəyirlər”

Dünən səhər saatlarında “Hürriyyət”in redaksiyasına maraqlı məlumat daxil oldu. Bu haqda bizə informasiya verən şəxs adının anonim qalmasını istəyirdi və yalnız bu şərtlə danışmağa hazır olduğunu bildirdi. Təbii ki, onun şərtini qəbul etdik və dinləməyə başaldıq. “Bir məlumat məni çox narahat edir. Bilmirəm, o adama necə kömək edim. Fikirləşdim ki, bu məsələ mətbuatda işıqlansa, bütün qurumlar məsələdən xəbərdar olacr, problem həllini taparaq. Odur ki, bu məsələni ictimailəşdirsəniz, mənim də üzərimdən böyük yük qalxmış olar”, - deyən Respublika Narkoloji Dispanserində rastlaşdığı bir hadisəni nəql etdi:

“Günlərin bir günü bəzi səbəblərdən mənim də yolum  Maştağada yerləşən Respublika Narkoloji Dispanserinə düşdü. Həmin vaxt orada müalicə alan Həsənov Camal Şamil oğlu ilə tanış oldum. Münasibət qurduq, həmsöhbət olduq. Onu danışdıqlarından sonra sanki öz dərdimi yadımdan çıxardım. Bir yandan dəhşətə gəldim ki, var-dövlət üçün bacı və qardaş adamı necə belə bir yerdə saxlatdıra bilər? Bəs, qanunlarımız? Bəs, bu quruma yoxlama gəlmir?..

Camalın mənə danışdığı çarəsizliyini olduğu kimi sizə bildirəcəm. Onu deyim ki, orda hər bir kəs öz dərdini paylaşır. Amma Camal güclü nəzarət altında saxlanılır.

O, 1960-cı il, dekabr ayının 10-da anadan olub. Ali təhsillidir. Ailəlidir. Yoldaşı və övladları Fransada yaşayır. Camalın atası Gəncə şəhərində “Motel” restoranının sahibi olub. Hazırda ata və anası dünyasını dəyişib. Camalın Gəncə və Bakı şəhərlərində əmlakları var. Əmisi və əmi uşaqları Gəncə şəhərində yaşayır. Güman edirəm ki, hər kəs onun ölkə xaricində olduğunu düşünür…

Camalın Bakıdakı 440 kvadrat metr sahəsi olan evi  Süleyman Rüstəm küçəsi 48 ünvanında yerləşir. Hazırda evdə bacısı və bacısının uşaqları yaşayır.

Camalın dediyinə görə, bacısı və qardaşı istəmirlər ki, o, xəstəxanadan çıxsın, atasından ona qalan mal-mülkə sahib çıxmaq istəyirlər.

Onu da qeyd edim ki, Camal hərbçi pensiyası almalıdır. O, Birinci Qarabağ savaşında “Gəncə könüllülər korpusu”nda döyüşüb. Hərbidə ləqəbi “Qaragöz” olub. Müharibədən sonra da bir çox vəzifələrdə işləyib.

Amma, özünün iddiasına görə, pensiya almır. Hətta Camal dedi ki, hansısa həkim ona deyib, qardaşın və bacın sənin burda saxlanılmağın üçün əllərindən gələni edirlər. Dediyinə görə, 4 ildir ki, dispanserdə məcburi şəkildə saxlanılır.

Məsələ Hərbi prokurorluqda da araşdırılıb, amma...

Camal Həsənov məndən xahiş etdi, hətta yalvardı ki, ona kömək edim. Bu məsələni polisə, prokurorluğa, Səhiyyə Nazirliyinə bildirməyimi istədi. Adam orda çox normal danışır, heç şüursuz, hərəkətini bilməyən bir adam kimi davranmırdı.

Mən sizin sayt vasitəsilə rəsmi qurumlardan da xahiş edirəm, bir insanın həyatını heçə sayanlar cəzalandırılsın”.

Məsələ ilə bağlı Respublika Narkoloji Dispanserinin həkimi Elçin Abışovla əlaqə saxladıq. O, bildirdi ki, bizdən az əvvəl “802” xidmətindən də (Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası – red.) bu məsələ ilə maraqlanıblar:

“Onlara da dediyim kimi, xəstə hazırda psixotrik vəziyyətdədir. Xəstənin vəziyyəti olduqca ağırdır. Bir qohumunu biz tanıyırıq, həmin şəxs isə Azərbaycanda deyil, ayın 5-10-u arası gəlməlidir. Bir də burda yaşayan bacısı qızı var. Həmin yaxın qohumunu artıq mərkəzə dəvət etmişəm.

Camal özünü idarə edə bilmir. Ayın tarixini, harda olduğunu bilmir. Nə vaxt gəlib, onların heç birini bilmir. Qohumu gəlsin, biz xəstəni ona təhvil verməyi düşünürük. Amma biz onu belə buraxa bilmərik. Çünki şəxs özünü bilmir. Bacısı, qardaşı haqqında dediklərinizdən isə mən məlumatsızam. Evi, pulu, nəyi var, bilmirəm”.

Elçin Abışov onu da qeyd etdi ki, ola bilsin, burda yatan hansısa xəstəyə özü haqqında məlumat verib: “Sizin zəngdən qabaq xəstə ilə birgə direktorun qəbuluna getdik. Direktor və müavin mən olmadan onu danışdırdılar. Ayın əvvəli onun qohumunu gözləyirik. Yaxınına da bildirdim ki, xəstəniz burada qalmaq istəmir. Əslində, xəstə mənimlə danışanda qalmaq istəyir, ya istəmir, onu da demir. Çünki zamanı, məkanı itirib, özünü bilmir.

Mən xəstənin tək qohumu olan bacısı qızını tanımışam. Çünki dəfələrlə gətirib burda yatızdırıblar. Bu adamda xroniki alkoqalizm olduğu üçün təkrar müalicələrdə olub.

Direktorun qəbulunda xəstə özü dedi ki, 21 gün yatmışam, 2-ci 21 günümün tamam olmağına isə 2 gün qalıb.

Burdan çıxan digər xəstə bu məlumatı yayır. Prokurorluğa, Səhiyyə Nazirliyinə də müraciət edib. Lakin məlumat öz təsdiqini tapmamışdır. Hətta belə bir məlumat da var idi ki, guya, xəstə 860 manat pensiya alır. O adam dövlətdən heç nə almır. Biz onu bu gün buraxsaq, o, yolunu belə, gedib çıxa bilməyəcək. Biz onu ölümə tərk edə bilmərik, yaxını gəlib götürməlidir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa da məlumat göndərilib. Rəsmi cavabı tezliklə oxucularımızla bölüşəcəyik.

Jalə FAMİLQIZI

P.S. Məsələnin nə qədər doğru və yaxud da yalan olduğunu biz deyə bilmərik. Əlimizdə olan imkan daxilində araşdırma apardıq. Camal Həsənovun adına olan əmlaklar, var-dövlət bu məsələnin doğru ola biləcəyi ehtimalını önə çəkir. Doğrudur, həkim onu özünü bilmədiyini, yəni şüurunu özündə olmadığını iddia edir. Amma onun bizə ötürdüyü məlumatlar bunun tam əksini deyir. Odur ki, biz məsləni ictimailəşdirib, C.Həsənova dəstək göstərilməsi ilə bağlı bir daha rəsmi qurumlara müraciət edirik.

P.P.S. Camal Həsənovun yaxınlarının, qohumlarının da mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri