Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Vardanyana daha sərt cəza istənilir Yeni Gündəm

Vardanyana daha sərt cəza istənilir Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib. Bu barədə “Report” “CNN Prima News” xəbər kanalına istinadən xəbər verib. Deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu “Putinin sponsoru” və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər. Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.

Deputatlar bəyanatlarında “Vardanyanın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini” xatırladırlar. Vardanyanın məhkəməsinə reaksiya verən təkcə latviyalı deputatlar deyil. Bu ilin fevralında ukraynalılar və rumınlar da bu barədə danışıb. Avropalı Mühafizəkarlar və İslahatçılar fraksiyasının rumıniyalı deputatı Kristina Terhes deyib ki, Vardanyanın cinayətləri Cənubi Qafqazdan çox kənara çıxır. 2019-cu ildə bir qrup Avropa deputatı Putinin oliqarxına qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Üç il sonra ABŞ Konqresinin 46 üzvü eyni çağırışı etmişdi.

Latviyalı deputatlar haqlıdırmı – Vardanyanla bağlı çıxarılacaq hökm postsovet məkanında Kremlyönlü separatçılar üçün nə dərəcədə ibrət dərsi olacaq?

“Əslində, Latviya Seyminin deputatlarının bəyanatı heç də təəccüblü deyil. O baxımdan ki, dünya artıq Azərbaycana beynəlxalq hüququn qoruyucusu, təminatçısı kimi yanaşır. Bu haqqı isə biz 44 günlük Vətən savaşı zamanı qazanmışıq”. Bunu “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyildi: “Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il idi ki, icraolunmamış saxlanılmışdı. Azərbaycan isə bu tarixi qələbəsi ilə həm də BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail oldu. Məsələyə bir qədər də dərindən yanaşsaq, prosesin BMT-nin özü üçün də uğurlu olduğunu deyə bilərik. Yəni topraqlarımızın işğaldan azad edilməsi BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması kimi tarixə düşdü”.

Vüqar İskəndərov

V.İskəndərov deyib ki, bu fakt beynəlxalq hüquqa dair digər həll edilməmiş məsələlərin həllini tapmasında da Azərbaycanın öz sözünü deməsinin vacibliyini ortaya çıxarıb: “Yəni, diqqəti Latviya Seyminin deputatlarının Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınmasını istəməsi üzərində cəmləşdirmək lazımdır. Bu istək, bu bəyanat niyə ortaya çıxıb? Deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkir, həmçinin bu cinayətkarın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini bəyan edirlər. Yəni ortaya çıxan reallıq budur ki, bu günə kimi beynəlxalq arenada Vardanyanın cinayətkar əməlləri, xüsusilə də separatçılığa dəstək verməsi və separatçı proseslərin mərkəzində dayanması ilə bağlı narahatlıq ifadə edilsə də, onun cəzalandırılması reallaşmayıb. Bu cəzasızlıq mühitinə də məhz Azərbaycan son qoyub. Bu gün Vardanyan Bakıda həbsdədir və ona kəsiləcək cəzanı gözləyir. Yəni nəzərə alsaq ki, Vardanyanın məhkəməsinə reaksiya verən təkcə latviyalı deputatlar deyil, bu ilin fevralında ukraynalılar və rumınlar da bu barədə danışıb, onun Avropalı Mühafizəkarlar və İslahatçılar cinayətlərinin Cənubi Qafqazdan çox kənara çıxdığını bəyan ediblər. Lakin bu da son deyil, 2019-cu ildə bir qrup Avropa deputatı Putinin oliqarxına qarşı sanksiyalar tətbiq etməyə çağırmış, 2022-ci ildə isə ABŞ Konqresinin 46 üzvü eyni çağırışı etmişdi. Bununla belə Vardanyan necə deyərlər əlini-qolunu sallayaraq gəzirdi. Onun həbs edilməsi və məhkəmə önünə çıxarılması ilə Azərbaycan bu məsələdə də beynəlxalq hüququn, belə deyək, imdadına çatmış olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 08 Mart 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri