Icma.az
close
up
RU
Vardanyanın məhkəməsində Sirac Abışovun qardaşı ifadə verdi Fotolar

Vardanyanın məhkəməsində Sirac Abışovun qardaşı ifadə verdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra sədrlik edən bildirib ki, əvvəllər məhkəmənin hazırlıq iclasında tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimov məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, ötən iclasların birində təqsirləndirilən şəxs Ruben Vardanyan məhkəməyə müraciət edərək prosesdə əvvəllər tərcüməçi qismində iştirak etmiş İslam Ağakərimovun məhkəməyə dəvət olunmasını xahiş etmişdi. Məhkəmə də bununla bağlı İslam Ağakərimova bildiriş göndərməklə onu prosesə dəvət etmişdi.

Bundan sonra Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolu ilə bağlı məlumat əldə etmək istədiklərini deyib. Həmçinin bildirib ki, müdafiə tərəfinin verdiyi vəsatətlərlə bağlı bəzi məhkəmə qərarlarının çıxarışları onlara təqdim olunub, digərlərinin də təqdim olunmasını xahiş edir.

Hakim Zeynal Ağayev iclas protokolları ilə tanışlıq üçün müdafiə tərəfinə bundan sonra da şərait yaradılacağını deyib. Çıxarışlara gəlincə isə bildirib ki, bununla bağlı hansı qərarların surətlərini almaq istədiklərini konkret göstərsinlər.

Proses zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam edib.

Zərərçəkmiş Şair Heydərovun hüquqi varisi Camal Heydərov ifadəsində övladının düşmənin açdığı atəş nəticəsində Laçında həlak olduğunu qeyd edib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Devid Cəlilovun hüquqi varisi Sevinc Cəlilova ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində Ağdərədə həlak olub.

Zərərçəkmiş Cavid Zülfüqarovun hüquqi varisi Cavanşir Zülfüqarov ifadəsində oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş Tofiq Alıyevin hüquqi varisi Fərid Alıyev ifadəsində bildirib ki, övladı Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı snayper atəşi nəticəsində Xankəndidə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sirac Abışovun hüquqi varisi Şirzad Səmədov ifadəsində qeyd edib ki, qardaşı Kəlbəcərin Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. O deyib: “Qardaşım AzTV-nin operatoru idi. Partlayış zamanı qardaşımdan başqa Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev də həlak olub, dörd nəfər isə yaralanıb”.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Elkin Mirzəhmədov düşmənin açdığı atəşlər nəticəsində Xocalıda qəlpə yaraları aldığını söyləyib.

Zərərçəkən Rauf Hüseynov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib ki, düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində xəsarət alıb. Həmin vaxt bir neçə nəfər həlak olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkən Orxan Bələdov ifadəsində deyib ki, düşmən tərəfindən Ağdərə rayonunun Canyataq kəndində onun da içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər xəsarət alıb.

Zərərçəkən Eltun Məmmədov düşmənin açdığı atəş nəticəsində Şuşanın Daşaltı kəndində yaralandığını söyləyib.

Zərərçəkən Muxtar Əliyev ifadəsində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində Ağdamın Gülablı kəndində sağ ayağından güllə yarası aldığını, bir nəfərin isə həlak olduğunu deyib.

Digər zərərçəkən Nazir Cəlilov Şuşa rayonu ərazisində içərisində olduğu avtomobilin düşmən tərəfindən atəşə tutulması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkən Pərvin Babayev isə düşmənin artilleriya atəşi nəticəsində Şuşa rayonu ərazisində xəsarət aldığını vurğulayıb.

Zərərçəkən Emil Əliyev, Fərhad Rzayev və Əyyub Məmmədov düşmənin açdığı atəşlər nəticəsində Kəlbəcər istiqamətində xəsarət aldıqlarını deyiblər.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Vidadi Məmmədov bildirib ki, Laçında minatəmizləmə işləri zamanı düşmənin açdığı atəş nəticəsində xəsarət alıb.

Raqif Əliyev bildirib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən Ağdərə rayonunun Canyataq kəndində içərisində olduğu avtomobilin raketlə vurulması nəticəsində özü və bir neçə nəfər yaralanıb, bəzi şəxslər isə həlak olub.

Zərərçəkən Əsgər Quliyev ifadəsində qeyd edib ki, düşmənin Şuşa istiqamətində açdığı atəş nəticəsində sağ ayağından xəsarət alıb. Bundan başqa, bir neçə nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Digər zərərçəkənlər - Anar Əziz-zadə, Aydın Verdiyev, Yunis İsmayılov, Valeh Məmmədov, Əli Məhərrəmov, Ceyhun Həsənzadə, Nicat Teymurov, Eltəkin Həsənov, Yəhya Quliyev, Arif Abbasov, Vüsal Hüseynov, Əli Ələkbərov, Zaur Məmmədov, Vasif Osmanov, Mehti Mürsəlov və Əlizamin İsmayılov müxtəlif ərazilərimizdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin təxribatları və basdırdıqları minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.













Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see296

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see250

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see182

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see178

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see171

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see150

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see141

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see132

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see127

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see122

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri