Icma.az
close
up
RU
Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə istintaqı BAŞLADI FOTO

Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə istintaqı BAŞLADI FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi təmin olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Vardanyan məhkəmədəki suallar qarşısında ACİZ QALDI - FOTO


İclasın əvvəlində Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə yenidən etiraz ediblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.
Təqsirləndirilən şəxs R.Vardanyan və onun müdafiəçisi Avraam Berman sübutların tədqiq olunma ardıcıllığına dair hər hansı təklif irəli sürməyiblər.
Bundan sonra R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.
Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.
Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.
Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə itiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs R.Vardanyandan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması, azərbaycanlıların zorla didərgin salınması, əsir və girov götürülmüş şəxslərə işgəncələrin verilməsi və öldürülməsi, Azərbaycan Respublikasına maddi ziyan vurulması və digər faktlara dair münasibətini soruşub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov, dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təqsirləndirilən şəxsin Azərbaycanın suveren ərazilərinin işğal olunmasına təkan verən hadisələr, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və Davit Manukyanla münasibətləri, humanitar məqsədlər adı altında fəaliyyət göstərən “Avrora Humanitar Təşəbbüs Fondu”, Rusiya Federasiyasının vətəndaşlığından çıxma və Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmə səbəbləri barədə suallar ünvanlayıb.
Eyni zamanda, Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan Mikaeli, Zori Balayan və digərləri ilə əlaqələri barədə suallar verilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə qondarma rejimin dövlət naziri vəzifəsinə təyin edilməsi qaydası, həmin vəzifəyə təyin olunmasına zəmanətin kim tərəfindən verilməsi, bununla bağlı məsləhətləşmələr apardığı insanların şəxsiyyəti, Azərbaycan Respublikasının əvvəllər işğal altında olmuş hansı ərazilərinə səyahət etməsi, “Biz və Bizim dağlar Ərazi İnkişaf Agentliyi” və “Artsaxın Təhlükəsizliyi və İnkişaf Cəbhəsi Hərəkatı”nın fəaliyyət istiqamətləri barədə suallar verib.
Bundan sonra R.Vardanyanın cinayət işinin materiallarında olan müsahibəsi nümayiş etdirilərək tərcüməçinin iştirakı ilə təqdiq olunub.
Dövlət ittihamçıları məhkəmədə nümayiş etdirilən müsahibədən irəli gələn bir sıra məqamlar barədə təqsirləndirilən şəxsə suallar ünvanlayıb, o cümlədən Ermənistan ərazisindən keçərək qanunsuz olaraq Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağa gəlməsi, keçmiş qondarma rejimin ərazisində dövriyyədə olan pul vahidi, həmin qondarma rejimin ərazisində Ermənistan Respublikasının pasportundan istifadə olunma səbəbi, Ermənistan Respublikasının silahlı qüvvələrinin orada yerləşməsinin məqsəd və əsasları, R.Vardanyan tərəfindən Azərbaycan və Erməni xalqlarının birgə yaşamasının qeyri-mümkünlüyünü ifadə edən, habelə xalqlar arasında nifrət və ədavəti oyadan xarakterə malik çıxışların edilmə səbəbi və məqsədi, qondarma rejimin maliyyələşdirilməsi forması və Ermənistan dövlətinin bu prosesdə iştirakı, “dövlət naziri” vəzifəsində qısa müddət olmasının səbəbi barədə suallar verib.
Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb. Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.









Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri