Icma.az
close
up
RU
“Varfarin”lə bağlı YENİ XƏBƏR Qıtlıq aradan QALXIB?

“Varfarin”lə bağlı YENİ XƏBƏR Qıtlıq aradan QALXIB?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bir ilə yaxın idi ki, apteklərdə “Varfarin” adlı dərman preparatı ilə bağlı ciddi qıtlıq müşahidə olunurdu. Qiyməti o qədər də baha olmayan bu dərmanın bazarda alternativi olmadığından xəstələr arasında ciddi narahatlıq yaranmışdı. Daha doğrusu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Varfarin” preparatının yararlılıq müddəti səbəbindən dərmanın idxalını dayandırmışdı.
Bəs hazırda vəziyyət necədir? “Varfarin”in ölkəyə idxalında hələ də problem var?
 

MÖVZU İLƏ BAĞLI:
“Varfarin” qıtlığı ÖLÜMƏ aparır – Səhiyyə Nazirliyi niyə minlərlə xəstəni RİSKƏ ATIR?


Səhiyyə Nazirliyinin tabeliyində olan Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən Bizim.Media-ya bildirilib ki, “varfarin” apreldən etibarən yenidən dövlət qeydiyyatına alınıb.  
““Varfarin Ştada” dərman vasitəsi yenidən dövlət qeydiyyatına alınmış və 07.04.2025-ci il tarixində yeni qeydiyyat vəsiqəsi (DV №25-00442) alaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilib.
Qeyd olunan tarixdən etibarən Mərkəzə bu dərman vasitəsinin idxalına icazə verilməsi ilə bağlı müraciət daxil olmayıb.
Lakin qeyd edirik ki, qeydiyyat vəsiqəsinə uyğun istehsal olunmuş “Varfarin Ştada” dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur və idxal qanunvericiliyinə uyğun şəkildə həyata keçirilə bilər”.
“Varfarin” preparatı ilə bağlı paytaxtdakı bir neçə aptekə də üz tutduq. Əksəriyyətində “varfarin” preparatı mövcuddur.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri