Icma.az
close
up
RU
Varis Məcidovun həyatından və qəhrəmanlığından bəhs edən filminTƏQDİMATI OLDU FOTO

Varis Məcidovun həyatından və qəhrəmanlığından bəhs edən filminTƏQDİMATI OLDU FOTO

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

20 Yanvar faciəsinin 35 -ci il dönümünə həsr edilən "Qəhrəmanlıq varislikdir" sənədli filminin təqdimat mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, Sovet illərində Rusiyada hüquq-mühafizə orqanlarında çalışmış, daha sonra bu ölkədəki Azərbaycan diasporunun üzvü olmuş mərhum polis polkovniki Varis Məcidovun həyatından və qəhrəmanlığından bəhs edilən filmin layihə rəhbəri Xuraman Osmanova, rejissoru Nicat Cəlilov, ssenari müəllifləri isə Vahid Orucov və Bariqəm Şirəliyevdir.


Təqdimatın əvvəlində Azərbaycan Respublikasınin dövlət himni səsləndirilib və vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
 

Layihənin rəhbəri ideya müəllifi Xuraman Osmanova Bizim.Media-ya filmin ərsəyə gəlməsindən bəhs edib:

 

"Film 20 Yanvar 1990-cı ildə SSRİ rəhbərliyi tərəfindən günahsız yerə həbs edilib, Rusiyanın Ulyansk şəhəri həbsxanasına işgəncələr verilərək aparılan 46 nəfər azərbaycanlını böyük risk altında qəhrəmanlıq göstərərək həbsxanadan azad etdirmiş Varis Məcidovdan bəhs edir. Alimlər, gəmi kapitanları, televiziya işçiləri, dəmiryolçular və azadlıq hərərakıtının digər fəalları olmaqla, 46 nəfər məhbusun üzləşdiyi çətinliklər və onların xilas edilməsi filmdə ekranlaşdırılıb.

Varis Məcidovun 70 illiyi münasibətilə keçirilən bir tədbirə dəvət olunmuşdum. Onun haqqında kitab ərsəyə gətirilmişdi. Göstərdiyi qəhrəmanlıq nümunəsi məni çox təsirləndirdi. Düşündüm ki, bu qəhrəman mütləq şəkildə tanıdılmalıdır. Onun haqqında yüzlərlə kitab yazılsa da vizual olaraq təqdim edilməsi gənclər üçün daha faydalıdır. Bu səbəbdən də sənədli filmin çəkilişi üçün yola çıxdıq”.


X. Orucova qeyd edib ki, gənclərdə milli vətənpərvərlik hisslərinin artırılması üçün belə addımların atılması mütləqdir.
 

Filmin rejissoru Nicat Cəlilov ekran işinin çəkiliş prosesindən danışıb:



 

"Azərbaycan var olduğu müddətdə qəhrəmanları olub. Bu gün təqdimatı baş tutan filmin baş qəhrəmanı Varis Məcidov da onlardan biridir. O, vətənə qayıtdıqdan sonra Birinci Qarabağ müharibəsində də iştirak edib.

Bu, həqiqətən təsirli və nümunəvi bir addımdır. Varis Məcidov Rusiyanın Ulyansk şəhərində polis işləyərkən 46 azərbaycanlının ora gətirildiyini bilir və digər 6 qardaşı ilə birgə əsl qəhrəmanlıq göstərirlər. Həmin şəxsləri Azərbaycana göndərirlər. Bu, əvəzedilməzdir. Qərara gəldik ki, bu, tanıdılmalı və ekranlaşdırılmalıdır”.


Rejissor bildirib ki, filmin çəkilişləri 2 ay davam edib, proses 3-4 ay çəkib. Çəkilişlər əsasən, Lənkəran, Göyçay və Bakıda baş tutub.


Varis Məcidovun həyat yoldaşı Nişanə Məcidova qəhrəmanın həyatı barədə ekranlaşdırılan əsərə görə qürur hissi keçirdiklərini bildirib:



 

"Çox şad oldum Varisin haqqında filmin çəkilməsinə. 35 il sonra da unudulmayıb hələ də yadda qalmasına sevindim. O, hər zaman bizim yaddaşımızdadır. Çox vətənpərvər insan idi. Yaxşı insan olub. Bunu sözlərlə ifadə edə bilmirəm. Övladları, nəvələri də onunla qürur duyurlar. Biz elə bilirik ki, o, həmişə bizimlədir".













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see247

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see235

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see180

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see174

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see160

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see150

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see149

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see132

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see124

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri