Icma.az
close
up
RU
Varis xəstəliyi

Varis xəstəliyi

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Lev Tolstoyun “bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin hər biri bir cür bədbəxtdir”,- ifadəsi bu günlərdə, şübhəsiz ki, Tacikistan lideri Emoməli Rəhmonun geniş qəbiləsinə də şamil olunur. Rəhmonun qohumlarını yüksək hökumət vəzifələrindən təmizləməsi, yəqin ki, böyük və sevimli oğlu Rüstəm Emomalinin Tacikistanın ali lideri kimi onun yerinə keçməsinə yol açmaq məqsədi daşıyan addımlar idi.
Reyting.az
xəbər verir ki, bu barədə Eurasia.net yazıb.
Təhlildə qeyd olunur:
Rəhmonun mətbuat xidməti yanvarın 23-də əsas diqqəti Müdafiə Nazirliyinə yönəltməklə son kadr dəyişikliyini elan edib. Dəyişikliyə nazirin özü də daxil idi. Şerəli Mirzo vəzifəsindən azad edilərək Milli Sirlərin Mühafizəsi üzrə Dövlət Agentliyinə rəhbərlik etməyə başlayıb. Amma digər böyük şəxslərə Rabitə Agentliyinə rəhbərlik edən Beq Sabur və baş prokuror postunu tutan Yusuf Rəhmon daxil idi. Maraqlı budur ki, hər iki kişinin oğulları Rəhmonun qızları ilə evləniblər.
Yanvarın əvvəlində Rəhmon regional və yerli məmurların “kökünü qazmaqla” bir sıra köklü dəyişikliklər həyata keçirib. O, Milli Təhlükəsizlik Şurasının, Ali Məhkəmənin, Xarici İşlər Nazirliyinin və təhlükəsizlik xidmətlərinin yüksək səviyyəli rəsmilərini istefaya göndərib.
Kadr dəyişikliklərinin geniş miqyası Düşənbədəki “siyasi falçıları” bu qənaətə gətirib ki, Rəhmon oğlunun ölkəyə rəhbərlik etmək yolunu açır, xanədan keçidinə potensial rəqibləri sıradan çıxarır və onların yerinə daha çevik fiqurlar qoyur.
Rəhmon, Tacikistanda otuz ildən artıqdır ki, birinci şəxs olan Mərkəzi Asiyanın ən uzun müddət fəaliyyət göstərən lideridir. Bu müddət ərzində o, siyasi rəqibləri bir-bir yolundan kənarlaşdıraraq və Tacikistanda 1992-97-ci illərdə vətəndaş müharibəsinə son qoyan hakimiyyətin bölüşdürülməsi prinsipini qüvvədən salaraq mütləq hakimiyyəti öz əlində cəmləşdirib. Hazırda 70 yaşlı Rəhmonun müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkdiyi bildirilir.
Son bir neçə ildə Rəhmon açıq şəkildə oğlu Rüstəm Emomalini öz varisi kimi bəzəyib-düzəyib, paytaxt Düşənbənin meri və Tacikistan Senatının spikeri təyin edib. Bu, ona prezident xəstələndikdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya öldükdə atasını əvəz etmək imkanı yaradır.
Zəngin və güclü klanlarda tez-tez olduğu kimi, Rəhmonun geniş ailəsində də hər kəs varislik planına dəstək vermir. Bəziləri yəqin ki, 37 yaşlı Rüstəmi ailədə ən yüksək mövqeyə uyğun olmayan, dəlisov plan hesab edir. Onun 2008-ci ildə əmisi də daxil olmaqla, narazı olduğu ən azı iki nəfəri güllələməsinə dair şayiələr dolaşır. Həmin şəxslər Rüstəmin ölkəyə rəhbərlik etməyə “yaraşmadığı” barədə fikirlər yayıb.
Rüstəmin bacı-qardaşları arasında nə qədər dəstək olduğu bəlli deyil: bir qardaş və yeddi bacı. Bir bacı, Ozoda Prezident Administrasiyasına rəhbərlik edir və ümumiyyətlə, Rəhmonun övladları arasında ən bacarıqlı sayılır.
Rahmonun yanvar kadr təmizləməsi onu göstərir ki, ailə daxilində Rüstəmin yüksəldilməsinə qarşı olan müxalifət əvvəllər güman ediləndən daha geniş yayıla bilər. Varisə yaxın ailə üzvlərini yaxın ətrafına daxil etməməklə, bəlkə də, ata-Rəhmon işləri yetərindən artıq çətin vəziyyətə gətirib.
Emomali Rəhmonun atadan oğula sülalə köçürmə arzusu regionda anomaliya sayılmaqdan uzaqdır. Oxşar hakimiyyət keçidləri Türkmənistanda da baş verib, baxmayaraq ki, Aşqabadda Serdar Berdıməhəmmədov hələ atası Qurbanquludan tam hakimiyyət sükanı almayıb. Özbəkistanda da vaxtaşırı şayiələr dolaşır ki, hazırkı prezident Şavkat Mirziyoyev, nəhayət, qızının onun yerinə keçməsinə etiraz etməyəcək.
Y. QACAR

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri