Icma.az
close
up
RU
VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ” Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada yəqin ki, Azərbaycandakı qədər Vergi Məcəlləsinə tez-tez və çoxsaylı dəyişikliklər edən ölkələr barmaqla sayılacaq qədər azdır. Nədə geri qalsaq da, bunda ön sıralardayıq...

Təəsüf ki, bu dəyişikliklər əksər hallarda vətəndaşın, vergi ödəyicisinin xeyrinə deyil. Digər yandan, onların sayının çoxluğu vətəndaşın, sahibkarın, mühasibin, elə vergi orqanı işçisinin özünün həyatını və işini yüngülləşdirməkdən, asanlaşdırmaqdansa, daha da çətinləşdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, "Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir”.

Məlum olduğu kimi, bu dəyişikliklərə fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, vergi güzəştlərinin ləğvi və digər məsələlər daxildir ki, onların da böyük əksəriyyəti büdcəyə daha çox vəsait toplamağa yönəlib. Bunun ölkədə aparılan iqtisadi siyasətin qüsurlu olmasının növbəti göstəricisi olduğunu bir kənara qoyaq. Sırf texniki tərəfdən belə yanaşdıqda 145(!) dəyişiklik kifayət qədər yüksək rəqəmdir. Bir dəfəyə bu qədər dəyişikliyi mənimsəmək nə sahibkar, nə mühasib, nə də vergi işçilərinin özləri üçün əlbəttə ki, asan olmayacaq. Bunları öyrənib başa çıxana qədər, az qala il bitəcək və növbəti ildə növbəti yüzlərlə dəyişiklik ediləcək. Çünki çox vaxt məhz belə olur. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın Vergi Məcəlləsi hazırda ən qalın və mürəkkəb kitablardan biridir. Hələ onu demirik ki, az qala hər il yenilənən bu məcəllənin çapına böyük miqdarda vəsait xərclənir...

Vergi orqanının rəhbəri deyib ki, layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması(?), vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Onun dediyinə görə, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını, o cümlədən yerli avtomobil istehsalını(?) stimullaşdırmalıdır.

Əvvəlcə qeyd edək ki, sadələşdirilmiş vergi həddinin illik 200 min manatdan 400 min manatadək artırılması istisna olmaqla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair hər hansı dəyişiklik nəzərə çarpmır. Hansı ki, bu hədd əslində, devalvasiyalar və inflyasiya nəzərə alınmaqla ən azı 600 min manat götürülməli idi. Amma buna da şükür...

Yerli avtomobil istehsalının stimullaşdırılmasına gəlincə, vergi orqanının başçısı bir növ ondan öncə çıxış etmiş DGK sədri Şahin Bağırovun olduqca mübahisəli yanaşmasını təkrarlamış olub. Bağırov Milli Məclisdəki çıxışında elektromobillərə gömrük rüsumunun təbiqini “yerli avtomobil istehsalının stimullaşdırılması” ilə izah etmişdi. Hansı ki, Azərbaycanda nəinki elektrik avtomobili, heç elektrik çayniki də istehsal olunmur... Vergi daxilomalarının artırılması səylərinə gəlincə, hörmətli vergi orqanı yaxşı olardı ki, öz təkliflərində Azərbaycandakı varlı təbəqənin vergiyə cəlb olunması mexanizmlərini də irəli sürərdi. Əsl vergiyə cəlb ediləcək baza məhz oradadır.

Qiymətləri, rüsumları, vergiləri artırmaq, büdcəni doldurmaq üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri, milyonluq malikanələri, obyektləri, bahalı maşınları və s. sanki görmürlər. Göründüyü kimi, 1000-1500 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatmır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Əslində, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər və dünya təcrübəsi var.

Məsələn, Çində dəyəri 200.000 dollar və ya daha çox olan avtomobillər və ya dəyəri 50.000 dollar olan zərgərlik məmulatları əlavə 10% vergiyə cəlb olunur.

İspaniyada varidatı 750.000 dolları keçənlər illik vergi ödəməlidirlər. Bu vergi dərəcəsi sərvətin həcmindən asılı olaraq, 3,45%-ə qədər arta bilir.

Norveçdə xalis sərvəti 1,79 milyon dollardan çox olanlara 1,1% əlavə sərvət vergisi tətbiq olunur. İsveçrədə 327.000 ABŞ dollarından çox sərvəti olanlar 1%-ə qədər əlavə vergi ödəyir. Fransadakıların sərvətlərinin dəyəri 1,3 milyon avro və ya daha çox olduqda, 1,5%-lik vergiyə cəlb olunurlar. Bir daha qeyd edək ki, bunlar hamısı adi əmlak vergisindən əlavə vergilərdir. Yəni, bu insanlar əmlak vergisi ilə bərabər bahalı malikanələrinə, avtomobillərinə, zinət əşyalarına, yaxtalarına və s. görə vergi ödəyirlər. İtaliya, Belçika və Hollandiya da sərvət vergiləri tətbiq edilir.

İsveçrə fərdi sərvət vergisindən hər il 10 milyard avroya yaxın vəsait toplayır. Bu da ümumi vergi gəlirlərinin 4,3%-ni təşkil edir. İspaniyada bu rəqəm 3,1 milyard avro və ya ümumi gəlirin 0,6%-ni təşkil edir. Norveç isə sərvət vergisindən 2,7 milyard avro və ya vergi gəlirlərinin 1,5%-ni əldə edir.

Siyahını uzatmaq da olar. Azərbaycanda da istəsələr bu təbəqədən bəlkə də yüz milyonlarla manatlıq sərvət vergisi toplamaq olar. Yuxarıda sadalanan ölkələrdə olan həmvətənlərimiz yaxşı bilir ki, Azərbaycandakı məmur-oliqarxların malikanələri nə sayına, nə qiymətinə, nə də bər-bəzəyinə görə həmin ölkələrdəki villalardan geri qalmır. Elə həyat tərzinə, bahalı avtomobilləri, zinət əşyaları və digər sərvətlərinə görə də həmçinin. Lakin orada belələri əlavə vergilərə cəlb olunaraq, büdcəyə gəlir qatarkən, bizdə tam əksi baş verir. Bunların çoxu büdcəyə vergi ödəməkdənsə, tutduqları vəzifələrdə büdcə talamaqla məşğuldurlar. Bunu icra başçılarından tuitmuş nazir və nazir müavinlərinin həbsinə qədər yaxın tariximizdə baş verən faktlar əyani şəkildə sübut edir.

Odur ki, hörmətli vergi orqanımız bu il yəqin ki, keçdi, heç olmasa gələn il varlı təbəqənin, məmur-oliqarxların sərvət vergisinə cəlb olunması mexanizmi üzərində düşünsə, pis olmaz. Əlbəttə ki, əgər buna marağı və həvəsi olarsa...

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri