Icma.az
close
up
RU
Vasif Bağırov: İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm

Vasif Bağırov: İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sərbəst güləş üzrə U20 Avropa çempionu Vasif Bağırov (57 kq) Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib. Sport24.az xəbər verir ki, gənc idmançı hədəfinin dünya çempionluğu olduğunun bildirib.

– U20 Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən?

– Hazırlığımız plan üzrə gedir. Həm texniki, həm də fiziki cəhətdən intensiv məşqlər keçirik. Hər gün hədəfimə bir addım daha yaxınlaşıram.

– Üç il əvvəl U17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır?

– İnancım tamdır. Əlbəttə ki, uğur üçün yalnız istedad kifayət etmir. Böyük zəhmət, düzgün hazırlıq planı tələb edir. Mən hazırda bunun üzərində çalışıram.

– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Rəqiblərim arasında bir neçə tanınmış dünya və Avropa medalçıları var. Bu kateqoriyada çox güclü idmançılarla yarışacağam. Hər birinin öz üstün cəhətləri var. Hər birinə eyni ciddiyətlə yanaşıram.

– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var?

– Hələ ki, 57 kq-da özümü rahat hiss edirəm. Bu çəkidə hədəflərim çoxdur. Amma gələcəkdə orqanizmim və nəticələrim imkan versə, yuxarı çəkidə də özümü sınamaq istəyərəm.

– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Gündəlik məşqlərlə həm gücümü, həm sürətimi artırıram. Daha dözümlü olmaq üçün çox çalışıram. Ən əsası isə özümü psixoloji cəhətdən yarışa hazırlayıram.

– Özünü 3 il sonra keçiriləcək Olimpiya Oyunlarında görürsən?

– Bəli, bu hər bir idmançı kimi, mənim də ən böyük hədəflərimdən biridir. Ora düşmək üçün çox güclü hazırlaşıram. İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Avqust 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri