Icma.az
close
up
RU
Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər ŞƏRH

Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə görüşəcək. Trampın “tarixi Sülh Sammiti” adlandırdığı bu tədbir, yalnız davamlı sülhün əldə edilməsi məqsədini daşımır, həm də bölgənin gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını formalaşdıracaq bir mərhələ kimi qiymətləndirilə bilər. Bu xüsusda, ilk növbədə, Azərbaycan və ABŞ prezidentlərinin görüşünə diqqət çəkmək istəyirəm. Qənaətimə görə, İlham Əliyev-Donald Tramp görüşü təkcə iki liderin siyasi dialoqu deyil, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. 2025-ci ilin yanvarından etibarən ABŞ Prezidenti postuna qayıdan Donald Tramp artıq ilk aylarından etibarən xarici siyasətində daha praqmatik və nəticəyönlü yanaşma sərgiləyir. Bu yanaşmanın əsas hədəflərindən biri də uzun illərdir münaqişə və qarşıdurma ilə yadda qalan regionlarda dayanıqlı sabitliyin təmin olunmasıdır. Cənubi Qafqaz isə bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evə dəvəti və burada həm ikitərəfli, həm də Ermənistanın baş naziri ilə birlikdə üçtərəfli formatda danışıqlar aparılması, əslində, Vaşinqtonun regiona baxışının dəyişdiyini göstərir: “Əgər əvvəlki administrasiyalar əsasən siyasi bəyanatlar verməklə və protokol görüşləri ilə məhdudlaşdırırdılarsa, Tramp rəhbərliyi bu prosesi konkret nəticəyə yönəltmək istəyir. Onun sosial şəbəkədə verdiyi bəyanat da təsadüfi deyil: ABŞ prezidenti açıq şəkildə həm sülh sazişinin, həm də iqtisadi əməkdaşlıqla bağlı sənədlərin imzalanacağına işarə edir. Bu, diplomatik dillə desək, danışıqların artıq final mərhələsinə çatdığını göstərir.

Azərbaycan-ABŞ ikitərəfli sənədinin məzmunu barədə rəsmi açıqlamalar olmasa da, gözləntilər kifayət qədər aydındır. Burada enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri, investisiya təşviqi, yüksək texnologiyalar sahəsində əməkdaşlıq və müdafiə sənayesində əlaqələrin dərinləşdirilməsi kimi istiqamətlər üstünlük təşkil edə bilər. Xüsusilə, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi tanıyan ABŞ üçün Bakı ilə strateji münasibətlərin möhkəmləndirilməsi qlobal geosiyasi balans baxımından önəmlidir. Bu sənəd, həmçinin Azərbaycan iqtisadiyyatına yeni Amerika sərmayələrinin cəlb olunması və texnoloji transfer imkanlarının genişlənməsi üçün hüquqi baza yarada bilər”.

Milli Məclisin deputatı qeyd edib ki, görüşün digər mühüm istiqaməti isə Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır. Mövcud məlumatlara görə, imzalanacaq sənəd bir neçə variantdan biri ola bilər: ya razılaşdırılmış sülh müqaviləsinin mətni paraflanacaq, ya da niyyət protokolu imzalanacaq ki, bu da yaxın aylarda müqavilənin tam imzalanmasına zəmin yaradacaq. Daha az ehtimal olunan, amma istisna edilməyən variant isə sülh müqaviləsinin birbaşa imzalanmasıdır. Hər üç halda Azərbaycanın bu prosesdəki mövqeyi prinsipialdır: ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin tanınması danışıqların əsasında dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bu prinsiplərin heç bir güzəştə getmədən reallaşdırılmasını təmin etməyə yönəlib və nəticə göz qabağındadır.

“Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra regionda tamamilə yeni geosiyasi düzən formalaşdırıb. Məhz bu reallıq sülh prosesini mümkün edib və indi Vaşinqton görüşü həmin prosesin beynəlxalq legitimləşməsi istiqamətində mühüm addım ola bilər. Tramp administrasiyasının təşəbbüsü ilə keçirilən bu sammit həm də ABŞ-ın Cənubi Qafqazda yeni diplomatik fəallığının göstəricisidir. Bu fəallıqdan Azərbaycanın qazancları yalnız siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik müstəvisində olacaq.

Əgər Ağ Evdə imzalanacaq sənədlər gözlənilən məzmunu əks etdirərsə, Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sabitliyin əsasını qoyacaq, digər tərəfdən isə ABŞ-la strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldəcək. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycan rolunun daha da artması deməkdir. Beləliklə, Vaşinqtondakı bu tarixi gün Azərbaycanın son onilliklərdə qazandığı ən mühüm diplomatik uğurlardan biri kimi tarixə düşə bilər”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycanla ABŞ arasında imzalanması gözlənilən sənədin məzmunu ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar və diplomatik dairələrdə dolaşan ehtimallar onu göstərir ki, bu razılaşma enerji, nəqliyyat, logistika, investisiya və innovasiya kimi sahələri əhatə edə bilər. Xüsusilə də Cənubi Qafqazı qlobal ticarət marşrutlarına daha sıx inteqrasiya edəcək “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı yeni nəqliyyat dəhlizi konsepsiyası diqqət çəkir. Bakıdan Naxçıvana, oradan isə Türkiyə üzərindən Avropaya uzanacaq bu marşrut, yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm təsir gücünə malik ola bilər. ABŞ-la imzalanacaq sənəd, həmçinin Amerikanın enerji şirkətləri üçün Xəzər hövzəsində və Azərbaycanın bərpaolunan enerji sektorunda geniş imkanlar açacaq. Bu, Azərbaycanın enerji ixracatçısı kimi rolunu gücləndirməklə yanaşı, ölkənin beynəlxalq investisiya reytinqinə də müsbət təsir göstərə bilər.

“Bu prosesdə Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Bakı, bölgədə sülhün yalnız güc balansı və beynəlxalq hüququn prinsipləri əsasında təmin edilə biləcəyini sübut etdi. Azərbaycan tərəfi, həm Moskva, həm Brüssel, həm də indi Vaşinqton formatlarında aparılan danışıqlarda öz mövqeyində ardıcıl və prinsipial davranaraq, sülh gündəliyini real məzmunla doldurmaq bacarığını nümayiş etdirdi. İllərlə beynəlxalq vasitəçilərin nəticəsiz qalan təşəbbüslərindən fərqli olaraq, bu dəfə Bakı, həm sahədə yaratdığı təhlükəsizlik reallığı, həm də diplomatik çevikliyi ilə prosesin hərəkətverici qüvvəsinə çevrildi. İlham Əliyevin regional nəqliyyat-kommunikasiya xəritəsini yenidən dizayn edən təşəbbüsləri, Azərbaycanın yalnız sülh axtaran tərəf deyil, həm də bölgənin gələcək inkişaf modelini formalaşdıran lider olduğunu göstərir.

Vaşinqton görüşünün uğurla nəticələnməsi, Cənubi Qafqaz üçün yeni siyasi səhifənin açılması deməkdir. Bu, Ermənistan üçün də tarixi şansdır. ABŞ prezidentinin təşəbbüsü ilə atılacaq bu addım, həm Qərbin bölgədəki nüfuzunu möhkəmləndirəcək, həm də Azərbaycan-ABŞ strateji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq. Ən əsası isə, bu proses sülhün yalnız diplomatik sənədlərdə deyil, xalqların yaddaşında və gündəlik həyatında reallığa çevrilməsi üçün tarixi imkan yaradır”, - deyə Elçin Mirzəbəyli bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri