Icma.az
close
up
RU
Gürcü politoloq: Vaşinqton görüşü Cənubi Qafqaz və dünya üçün tarixi dönüş nöqtəsidir

Gürcü politoloq: Vaşinqton görüşü Cənubi Qafqaz və dünya üçün tarixi dönüş nöqtəsidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 13 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda keçirilən görüş və bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə aparan Birgə Bəyannamənin imzalanması Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze söyləyib.

Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması XXI əsrin çox mühüm hadisəsidir.

Politoloq deyib: “Müharibəyə başlamaq üçün bir tərəf kifayətdir, amma sülhə nail olmaq üçün iki tərəf lazımdır. Bu gün müharibəni başlayanla təcavüzə məruz qalan, zamanın ən çətin sınağından keçərək müharibəni udan tərəfin eyni masada tərəf kimi oturması tarixdə təsadüf edilən nadir hadisələrdəndir. Vaşinqton görüşündə diqqət çəkən ən unikal məsələlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin dahiyanə hərəkəti oldu. Prezident İlham Əliyev qalib olmasına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə qalib kimi deyil, tərəfdaş kimi davrandı. Burada İlham Əliyevin alicənablığı hiss olunurdu. O, Paşinyana təkcə tərəfdaşlıq əlini uzatmadı, həm də düşməninə əl uzatdı. Bu, çox qiymətli bir addımdır”.

Aprelin əvvəlində Bakıda ADA Universitetində Beynəlxalq konfransda iştirakını xatırladan Kopadze deyib: “Konfransda mən çox mühüm sözlər eşitdim. Orada deyirdilər ki, İlham Əliyev heç kimin bacarmadığını etdi. O, on milyonluq xalqı bir yumruq kimi birləşdirdi. Millətin başında dayandı və qələbəyə apardı. İşğal altında olan ərazilərini azad etdi və həmin bölgələr indi sürətlə inkişaf etdirilir. Mən öz gözlərimlə gördüm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin yeddi rayon, eləcə də Xankəndi və Şuşa iki ilə necə inkişaf etdirilib. Təsəvvür edin, Xankəndi hələ bir il əvvəl xarabalıq idi. Amma iki ildən sonra orada böyük infrastruktur quruldu və Xankəndidə beynəlxalq sammit keçirildi. Bu, çox böyük, misli görünməmiş bir işdir. Bu işlər hər birimiz üçün təkcə maliyyə baxımından deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır”.

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra region çox böyük inkişaf yoluna qədəm qoyacaq. Təkcə region üçün deyil Yaxın Şərq və Mərkəzi Asiya üçün, ümumilikdə isə bütün dünya üçün çox böyük perspektivlər açılacaq. Cənubi Qafqazla birlikdə Yaxın Şərq və Mərkəzi Asiya da inkişaf edəcək. Cənubi Qafqaz, Qazaxıstan, Çin və digər dövlətlər arasında birbaşa əlaqə yaranacaq. Çin məhsulları Qazaxıstan vasitəsilə, Orta Dəhlizlə və artıq Zəngəzur dəhlizi ilə daşınacaq. Bu, çox qısa bir yoldur.

Simon Kopadze deyir ki, Zəngəzur dəhlizinin Orta Dəhlizə rəqib olacağı barədə fikirlər də yanlışdır. Çünki hər iki dəhliz bir birinə rəqib olmayacaq, əksinə qlobal inkişafa səbəb olacaq. Regionda kommunikasiyalar nə qədər çox olsa bir o qədər inkişaf geniş vüsət alacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri