Icma.az
close
up
RU
Qaya Məmmədov: “Vaşinqton razılaşmaları İlham Əliyevin müstəsna liderliyinin göstəricisidir”

Qaya Məmmədov: “Vaşinqton razılaşmaları İlham Əliyevin müstəsna liderliyinin göstəricisidir”

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Azərbaycan tarixində əlamətdar inkişaflardan birinə həsr olunmuş bu növbədənkənar sessiyanın keçirilməsi mühüm hadisədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qaya Məmmədov Milli Məclisi növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda iclasda çıxışı zamanı bildirib.
Millət vəkili qeyd edib ki, bu ilin avqust ayının 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar həm məzmununa görə, həm də Prezident İlham Əliyevin müstəsna liderliyinin göstəricisi kimi fövqəladə əhəmiyyət kəsb edir:
“Əldə edilmiş razılaşmalarla Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə və qarşıdurma səhifəsi qapanır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımış, münaqişənin keçmişdə qaldığını qəbul etmiş, Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunkasiyasına şərait yaratmaq öhdəliyini yeniləmiş və bir daha sülhə təhlükə yaradacaq addımlar atmamaq öhdəliyi götürmüşdür. Həmçinin, 30 il ərzində Azərbaycana qarşı qərəzin simvoluna çevrilmiş Minsk Qrupu ləğv edilmişdir. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq bərqərar olunmuşdur.

Bu nailiyyətlər, Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi və Prezidentin müdrik və qətiyyətli liderliyi sayəsində mümkün olmuşdur.
 

Hamımıza məlumdur ki, Ermənistanın 1987-ci ildə başlatdığı aqressiv siyasətə ilk illərdə lazımi cavabın verilməməsi həmin dövrdə rəhbərlikdə olan boşluqlarla bağlı olmuşdur. Ulu öndər Heydər Əliyevin Siyasi Büro üzvlüyündən getməsindən hakimiyyətə qayıdışına qədərki altı il ərzində meydana çıxmış ciddi problemlərin aradan qaldırılması isə onilliklərlə vaxt, böyük resurslar və zəhmət tələb etmişdir”.
Qaya Məmmədov vurğulayıb ki, keçmiş münaqişə nəticəsində üzləşdiyimiz itkilərin miqyasını, işğal altına düşmüş torpaqlarımızın hərbi yolla azad edilməsinin çətinliyini və Ermənistana böyük dövlətlərin hərtərəfli dəstəyini nəzərə alsaq, cənab Prezidentin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa edilməsinin və hərbi qələbəmizin nəticələrinin beynəlxalq aləmin qəbul etməsinin müasir dövrdə misli-bərabəri olmayan tarixi nailiyyət olduğunu görərik:
“Bütün bunlardan çıxarılmalı olan əsas nəticə ondan ibarətdir ki, ölkənin nə qədər resursa və potensiala malik olmasından asılı olmayaraq, həlledici olan effektiv liderlikdir. Prezident İlham Əliyev öz müdrik rəhbərliyi ilə Azərbaycanın rifahı və təhlükəsizliyini təminat altına almışdır.

Şübhəsiz ki, sülhün bərqərar olması tarixi önəm daşıyır. Sülhün bundan sonra qorunub saxlanması və möhkəmləndirilməsi əlavə səylər tələb edəcək. Eyni zamanda, cənab Prezidentin avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə də qeyd etdiyi kimi, biz keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Etnik təmizləmə, işğal və talan siyasəti aparmış Ermənistan və onun bu əməllərini təşviq etmiş havadarları öz mövqelərini heç də xoş niyyətlərinə görə dəyişməyiblər. Onlar xalqımızın gücü və Prezidentimizin müdrik və qətiyyətli siyasəti qarşısında geri çəkilməyə məcbur olublar. Onların əsl niyyətlərinin dəyişib-dəyişmədiyini isə zaman göstərəcək.

Diplomatiyanın və qarşılıqlı etimad quruculuğu tədbirlərinin əhəmiyyətini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, sülhü təmin edən əsas vasitə cənab Prezidentin ölkəmizin hərbi, iqtisadi, elmi və texnoloji qüdrətinin artırılması istiqamətində apardığı işdir və bu işdə biz Prezidentimizin yanında olmaqda davam etməliyik.

Çıxışımın yekununda, davamlı sülhün əldə edilməsi istiqamətində əldə etdiyi tarixi nailiyyət münasibətilə cənab Prezidenti təbrik edir və ölkəmizin milli maraqlarının təmin edilməsində nümayiş etdirdiyi qətiyyət və prinsipiallığa görə cənab Prezidentə təşəkkür edirəm”, - deyə deputat əlavə edib.
Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri