Icma.az
close
up
RU
Güvən Körpüləri: Prezident İlham Əliyevin bəyanatında regional sülhə və əməkdaşlığa çağırış ŞƏRH

Güvən Körpüləri: Prezident İlham Əliyevin bəyanatında regional sülhə və əməkdaşlığa çağırış ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Əsrlərlə ortaq tarixi, mədəni və dini bağlarla bir-birinə bağlı olan Azərbaycan və İran, bu gün regionun sabitliyi və inkişafı naminə strateji dialoqun yeni mərhələsinə qədəm qoyur. 2025-ci il aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə keçirdiyi görüş və ardınca verdiyi mətbuat bəyanatı, təkcə iki qonşu dövlət arasında münasibətlərin möhkəmləndirilməsi deyil, həm də Cənubi Qafqazdan Orta Şərqə qədər uzanan geniş bir coğrafiyada sülh, əməkdaşlıq və qarşılıqlı etimad üçün yol xəritəsinin təqdimatı idi. Prezident İlham Əliyevin nitqi, milli maraqların qətiyyətlə müdafiə olunması ilə yanaşı, mehriban qonşuluq və regional inteqrasiyanın ali çağırış kimi səsləndiyi siyasi bəyannamə xarakteri daşıyırdı. Bu bəyanatın ruhu – körpülər salmaq, sərhədləri imkan məkanına çevirmək və regionda yeni geosiyasi nizam yaratmaq iradəsinin təcəssümüdür.

Prezident İlham Əliyev bəyanatında İran ilə münasibətlərin tarixi dərinliyini və bugünkü strateji səviyyəyə yüksəlməsini vurğuladı ki, bu da Azərbaycan-İran əlaqələrinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğuna vurğudur. İki ölkə arasında diplomatik kanalların daim açıq olması regional gərginliklərin önlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyev Araz çayı üzərində inşa edilən yeni körpünü “sərhədləri ayıran deyil, birləşdirən vasitə” adlandırdı. Yeni infrastruktur layihələri – avtomobil yolları, gömrük-keçid məntəqələri və körpülər – yalnız iqtisadi deyil, həm də siyasi etimadın göstəricisidir. Sərhəddə sabitliyin və təhlükəsizliyin qorunması iki ölkənin ümumi maraqlarına xidmət edir.

Prezident İlham Əliyev Cənubi Qafqazda yaranmış yeni reallıqları əsas tutaraq İranla sülh və sabitlik yönümlü əməkdaşlığı vacib hesab etdiyini bildirdi. Ölkə başçısı Ermənistanla normallaşma prosesinə İranın verdiyi dəstəyi müsbət qiymətləndirərək, bunun regional təhlükəsizlik arxitekturasına töhfə verdiyini qeyd etdi.

İlham Əliyev regionun xarici müdaxilələrdən uzaq, qonşulararası qarşılıqlı anlaşma ilə idarə olunmasının vacibliyini xüsusi vurğuladı. Azərbaycan Prezidenti enerji sahəsində İranla mövcud layihələrin uğurla həyata keçirildiyini və bunun davam etdiriləcəyini bildirdi.

Şimal–Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanaraq, bu layihənin regional inteqrasiya üçün mühüm platforma olduğu qeyd olundu. Gələcəkdə enerji təchizatı, tranzit və qarşılıqlı investisiyaların genişləndirilməsi əsas prioritetlərdən biri kimi təqdim edildi.

Prezident İlham Əliyev iki ölkə arasında ortaq dini və mədəni köklərə söykənən əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Ölkə başçısı İslam həmrəyliyi, dini tolerantlıq və mənəvi dəyərlərin qorunması sahəsində İranla əməkdaşlığı yüksək qiymətləndirdi. Xalqlar arasında humanitar mübadilə, tələbə proqramları və mədəni tədbirlər vasitəsilə münasibətlərin daha da yaxınlaşacağı bəyan olundu.

Ölkə başçımız Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə İran tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirərək, bu mövqenin regionda sülhə töhfə verdiyini bildirdi. O, İranla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi strateji əməkdaşlıq nümunəsi kimi təqdim etdi.

Bəyanatda həmçinin beynəlxalq sanksiyalara qarşı milli maraqların qorunması, regional balansın saxlanması zərurəti vurğulandı. Prezident İlham Əliyevin mətbuat bəyanatı Azərbaycan-İran münasibətlərinin dərinləşməsinə dair siyasi iradəni və regionda sabitliyə, iqtisadi tərəfdaşlığa yönəlmiş strateji baxışı əks etdirir. Onun çıxışı həm tərəfdaşlığa çağırış, həm də suverenlik və qarşılıqlı hörmət prinsiplərinin diplomatik müdafiəsi kimi qiymətləndirilə bilər.

Beləliklə, Prezident İlham Əliyevin aprelin 28-də verdiyi mətbuat bəyanatı yalnız bir diplomatik çıxış deyil, həm də strateji düşüncənin, uzaqgörən liderliyinin və regional tarazlığa verdiyi dərin töhfənin ifadəsi idi. Bu bəyanatla Azərbaycan bir daha sübut etdi ki, bölgədə sülhün, sabitliyin və qarşılıqlı etimada əsaslanan siyasətin qurucu aktorudur. İlham Əliyevin qətiyyətli, müdrik və ölçülmüş ritorikası həm milli maraqların müdafiəsini, həm də beynəlxalq əməkdaşlığın əhəmiyyətini mükəmməl şəkildə vəhdətdə təqdim etdi. Bu çıxış – diplomatiyanın gücünü, dövlətçiliyin dayanıqlığını və liderliyin strateji dəyərini birləşdirən çağdaş siyasi natiqliyin parlaq nümunəsidir. Azərbaycan bu bəyanatla həm öz mövqeyini möhkəmləndirdi, həm də regiona – əməkdaşlıqla güclənən gələcəyin mümkünlüyünü göstərən aydın bir mesaj verdi: sülh körpüləri tikmək mümkündür, əgər iradə varsa.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see130

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri