Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Vaşinqton hərbi kursu dəyişir

Vaşinqton hərbi kursu dəyişir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Bahalı müdaxilə”lərdən milli maraqlara

ABŞ-ın yeni Milli Müdafiə Strategiyası Vaşinqtonun qlobal roluna münasibətdə baş verən konseptual dönüşü açıq şəkildə ortaya qoyur. Yanvarın 23-də Müdafiə Nazirliyi tərəfindən açıqlanan sənəd ABŞ-ın son onilliklər ərzində formalaşdırdığı genişmiqyaslı qlobal hərbi iştirak modelindən mərhələli şəkildə uzaqlaşdığını göstərir. Yeni yanaşma resursların bütün dünyaya səpələnməsi əvəzinə, ABŞ üçün birbaşa və həyati əhəmiyyət daşıyan istiqamətlərdə cəmləşdirilməsini nəzərdə tutur. Pentaqon açıq şəkildə bəyan edir ki, Vaşinqton artıq “sonsuz müharibələr”, rejim dəyişikliyi və bahalı hərbi müdaxilələr xəttini prioritet hesab etmir. Əsas diqqət amerikalıların konkret və praktik milli maraqlarına yönəldilir.

Strategiyanın mərkəzində Qərb yarımkürəsi dayanır. Şimali və Cənubi Amerika ABŞ təhlükəsizliyinin əsas dayağı kimi təqdim olunur və Pentaqon faktiki olaraq etiraf edir ki, bu region uzun müddət xarici siyasət elitasının diqqətindən kənarda qalıb. Bunun nəticəsi kimi qeyri-qanuni miqrasiyanın artması, narkotik qaçaqmalçılığı və ABŞ-ın geosiyasi rəqiblərinin təsir imkanlarının genişlənməsi göstərilir. Arktikada Qrenlandiyadan Panama kanalına qədər uzanan geniş coğrafiyada rəqib aktorların fəallaşması Vaşinqton üçün təkcə regional deyil, strateji təhlükə kimi qiymətləndirilir. Çünki bu proseslər ABŞ-ın əsas logistik və kommunikasiya xətlərinə çıxışını risk altına salır və bütövlükdə yarımkürənin sabitliyini zəiflədir.

Bu təhlükələr fonunda ABŞ-ın prioritetləri aydın şəkildə sadalanır: cənub sərhədinin möhkəmləndirilməsi, narkoterrorizmlə mübarizə, Panama kanalı kimi kritik nöqtələrə nəzarətin saxlanılması, “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması, nüvə və raket potensialının modernləşdirilməsi, həmçinin kibertəhlükəsizlik və terrorizmlə mübarizə. Bütün bunlar Vaşinqtonun əvvəlki qlobal ekspedisiyalar əvəzinə, “evin təhlükəsizliyinə” fokuslandığını göstərir.

Çin yeni strategiyada ABŞ-dan sonra dünyanın ikinci ən güclü dövləti kimi tanınır və bu fakt Hind–Sakit okean regionunu Vaşinqton üçün əsas strateji meydanlardan birinə çevirir. Pentaqonun məntiqinə görə, bu regionda Çinin və ya başqa bir gücün dominant mövqe qazanması ABŞ-ın iqtisadi maraqlarına və sənaye dirçəlişi planlarına ciddi zərbə vura bilər. Bununla belə, sənəddə açıq qarşıdurma ritorikasından qaçılır. ABŞ-ın Çini “alçaltmaq, boğmaq və ya təcrid etmək” niyyətində olmadığı xüsusi vurğulanır və strateji sabitliyin qorunması üçün dialoqa açıq olunduğu bildirilir. Diqqətçəkən məqam Tayvan mövzusunun, ümumiyyətlə, qeyd edilməməsidir ki, bu da Tramp administrasiyasının Çinlə münasibətlərdə hərbi eskalasiyadan yayınmaq istədiyinə dair mühüm siyasi siqnal kimi dəyərləndirilir.

Rusiya isə sənəddə Şərqi Avropadakı NATO üzvləri üçün “davamlı, lakin idarə olunan təhlükə” kimi təsvir olunur. Pentaqon Moskvanın hələ də əhəmiyyətli hərbi və sənaye potensialına, eləcə də dünyanın ən böyük nüvə arsenalına sahib olduğunu qəbul edir. ABŞ Silahlı Qüvvələrinin Rusiya tərəfindən yarana biləcək təhdidlərə qarşı ölkə ərazisini müdafiə etməyə hazır olacağı vurğulanır, lakin, eyni zamanda, NATO çərçivəsində Avropa istiqamətində məsuliyyətin tədricən müttəfiqlərin üzərinə ötürülməsi niyyəti açıq şəkildə ifadə olunur. Vaşinqtonun mövqeyinə görə, Avropa NATO ölkələri iqtisadi, hərbi və demoqrafik baxımdan Rusiyanı üstələyir və regionun təhlükəsizliyi üçün əsas yükü öz üzərlərinə götürə bilərlər, ABŞ isə bu prosesdə “vacib, lakin məhdud” rol oynayacaq.

Ukraynadakı müharibə ilə bağlı yanaşma da bu məntiqin davamıdır. Sənəd Avropanın əsas məsuliyyəti daşımalı olduğunu bir daha vurğulayır. ABŞ dəstəyi davam etdirəcək, lakin bu dəstək həlledici deyil, tamamlayıcı xarakter daşıyacaq. Donald Trampın mövqeyinə istinad etməklə münaqişənin bitməsinin vacibliyi qeyd olunur, lakin bunun əsas yükünün Avropanın üzərində olduğu açıq mesaj kimi təqdim edilir.

Ümumilikdə, yeni Milli Müdafiə Strategiyası ABŞ-ın qlobal liderlikdən imtina etmədiyini, lakin bu liderliyi artıq daha seçici, daha sərt və daha praqmatik şəkildə həyata keçirmək istədiyini göstərir. Vaşinqton müttəfiqlərdən daha çox məsuliyyət tələb edir, öz hərbi üstünlüyünü isə müdafiə sənayesinin yenidən qurulması, innovasiyaların təşviqi və faktiki olaraq “milli səfərbərlik” səviyyəsində resursların cəmlənməsi ilə qorumağı planlaşdırır. Bu sənəd ABŞ-ın “soyuq müharibə”dən sonra qurduğu qlobal təhlükəsizlik modelinin tədricən bağlandığını və beynəlxalq sistemin daha sərt, rəqabətli və az proqnozlaşdırılan yeni geosiyasi mərhələyə keçdiyini nümayiş etdirir.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri