Icma.az
close
up
RU
Vaşinqton əvəzinə Ankara...

Vaşinqton əvəzinə Ankara...

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Tramp marşrutu” yenidən “Zəngəzur dəhlizi”nə çevriləcək

Türkiyənin keçmiş xarici işlər naziri, hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp” deyil, misal üçün “Ərdoğan” adlandırılacaqdı.

Davudoğlu Ankaranın özünün xarici işlər naziri dövründə Ermənistanla imzalanan İsveçrə protokollarına qayıdılması təşəbbüsü ilə çıxış edib. Davudoğlu ayrıca, Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatının təsis edilməsi vacibliyindən danışıb.

Əhməd Davudoğlunun üçlü format barədə söylədiyinin gələcəkdə reallaşması ehtimalı yüksəkdir, ancaq keçmiş xarici işlər nazirinin o biri açıqlamaları mübahisəlidir. Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sərhədi açıb, diplomatik münasibətlər qursaydı belə, İrəvan Bakı ilə dialoqunda Ankaranı vasitəçi olaraq qəbul etməyəcəkdi. Baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır, ancaq o belə Prezident İlham Əliyevlə sülh sazişinin mətnini Ankara və ya İstanbulda paraflanmasına razılıq verməzdi.

Vaşinqtondakı razılaşmada Zəngəzur dəhliziylə bağlı ABŞ-ın iştirakı ilə konsorsiumun yaradılması təklif edilib. İrəvan belə bir konsorsimun Türkiyənin rəhbərliyi altında təsis edilməsinə razılıq verməzdi. Buna baxmayaraq, gələcəkdə formalaşacaq konsorsiumda Türkiyə şirkətlərindən birinin iştirakı mümkündür.

Rəsmi Ankara Vaşinqton razılaşmasını dəstəkləsə də, Türkiyədə bu razılaşmayla bağlı tənqidi fikirlər də səslənir. Türkiyədəki bir qrup siyasətçi və ekspert ABŞ-ı imperialist dövlət kimi dəyərləndirir və bu dövlətin İsraildən fərqlənmədiyi qənaətindədir. Buna görə də həmin dairələrdə Amerikanın istənilən təşəbbüsünə tənqidi yanaşılır.

Bizim üçün önəmli Türkiyənin rəsmi qurumlarının baxışıdır. Onların isə Vaşinqton razılaşmasına iradı yoxdur. Bunun dərin səbəbi var. Birincisi, Bakı strateji müttəfqliyə əsaslanaraq Vaşinqtonda üçlü görüşə hazırlıq mərhələsində Ankara ilə məsləhətləşməmiş deyil. İkincisi, Tramp əbədi prezident deyil, zaman gələcək “Tramp marşrutu” yenidən “Zəngəzur dəhlizi”nə çevriləcək və bu yoldan daha çox istifadə edən Türkiyənin bölgədə rolu indikindən daha çox artacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Avqust 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri